Azərbaycanın iqtisadi sahədə regional və qlobal üstünlüyü
03.11.2025 [18:46]
Azərbaycanın regional və qlobal iqtisadi üstünlükləri neft-qaz sektoruna əsaslanır, lakin ölkə həm də tranzit və logistika potensialına, aqrar sahədəki inkişafına və qeyri-neft sektorunun inkişafına görə regional gücə malikdir. Qlobal miqyasda isə bu, strateji coğrafi mövqe və beynəlxalq iqtisadi əlaqələrlə güclənir.
Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf, aparılan məqsədyönlü islahatlar və həyata keçirilən strateji layihələr ölkəmizin beynəlxalq diqqət mərkəzinə çevrilməsində mühüm rol oynayır. Dövlətin iqtisadi siyasəti uzunmüddətli sabitliklə yanaşı, rəqabətqabiliyyətli bazar münasibətlərinin formalaşmasına, qeyri-neft sektorunun inkişafına və dayanıqlı artım modelinin qurulmasına xidmət edir.Məhz bu səbəbdən də Azərbaycan bu gün regionun iqtisadi liderlərindən biri kimi tanınır və xarici investorların diqqətini özünə cəlb edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev son illərdə xarici səfərləri zamanı dünyanın aparıcı maliyyə institutlarının və investisiya şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq xüsusi görüşlər keçirir. Bu görüşlər ölkəyə xarici kapitalın cəlb edilməsində mühüm rol oynayır. Son 22 ilə yaxın dövrdə Azərbaycanı regionun ən nüfuzlu dövlətinə çevirməyi bacaran Prezident İlham Əliyev Ulu öndər tərəfindən təməli qoyulmuş iqtisadi inkişaf yolunu yeni mərhələdə müasir model əsasında davam etdirir. Onun ABŞ-a son səfəri zamanı Nyu-Yorkda keçirilən 6-cı Xəzər Biznes Forumunda Orta Dəhliz və regional investisiya imkanları geniş müzakirə olunub. Forumun nəticələri bir daha sübut etdi ki, ABŞ-ın Avrasiya siyasətində Xəzər regionuna xüsusi əhəmiyyət verilir. Şərqlə Qərbi birləşdirən ən qısa yol – Orta Dəhlizin Azərbaycan üzərindən keçməsi ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinə, coğrafi üstünlüklərimizin isə strateji fürsətə çevrilməsinə səbəb olur.
Bu gün dünya ticarətinin ən aktual problemlərindən biri, bəlkə də birincisi, YOL məsələsidir. Qlobal düzənin yenidən qurulması uğrunda böyük güclərin apardığı mübarizənin əsas hədəflərindən biri də məhz yollar üzərində nəzarətə sahib olmaqdır. 2024-cü ildə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 62 faiz artaraq 4,5 milyon tona çatdı.
Bu göstərici marşrutun potensialına dair region aktorlarının hesablamalarını gücləndirir. 2025-ci il üçün həcmin 5,2 milyon tona yaxınlaşması gözlənilir. Bu artımı davam etdirmək üçün əsas məqsəd genişmiqyaslı infrastruktur və idarəetmə işlərini tənzimləməkdir. Məhz bu inkişaf xətti ilə 2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon tona çata bilər.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

