YAP Laçın rayon təşkilatı Laçında “Zəfər Günü”nü qeyd etdi
05.11.2025 [11:35]
Laçın şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “ Möhtəşəm Zəfərdən Böyük qayıdışa gedən yol ” mövzusunda tədbir keçirilib.
Tədbirdə Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Laçın şəhər 2 nömrəl tam orta məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 8 noyabr – Şanlı Zəfər tariximizdən bəhs edən videosüjet nümayiş olunub.
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycan Konstitusiyasının qəbulunun 30 ili və 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, 8 Noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğu gün kimi tariximizə əbədi həkk olunub. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin böyük arzusu olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti, mükəmməl diplomatiyası, strateji düşüncəsi, xalqımızın əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, müasir ordu quruculuğu və xalq–iqtidar birliyi sayəsində gerçəkləşmişdir.
Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Ulu Öndər Heydər Əliyevin xalqımız və milli dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərinin indiki və gələcək nəsillərə çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük nailiyyətlər qazanıb, Böyük Zəfərdən sonra başlanmış Böyük Qayıdış prosesi uğurla davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçələn şəhər və kəndləri öz daimi sakinlərinə qovuşur.
Tədbirdə rayon ziyalısı, Sus kənd sakini Oqtay İsgəndərov, şəhid qızı Vüsalə Salmanzadə və qazi Taleh İsgəndərli çıxışlarında bildirdilər ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili olaraq qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 30 illik işğala son qoyuldu. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təntənə ilə qeyd olundu.
Sonda Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdləri Zəfər Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxGündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15

