Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı
07.11.2025 [19:06]
Beş il əvvəl - 2020-ci il noyabrın 8-də Qüdrətli Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur. Şuşa döyüşləri Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürdü. Noyabrın 7-də qəhrəman hərbçilərimiz şəhərin qayalıqlarına dırmaşaraq, yüngül silahlarla Şuşaya daxil oldular. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünmüşdülər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılsa da, Azərbaycan hərbçiləri erməni qoşunlarını məhv edərək, düşməni şəhərdən qovdu və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olundu. Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.
2024-cü il oktyabrın 21-də “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan baş planda şəhərin ümumi sahəsi 46,765 kvadratmetr olacaq məhəllələrində 25 binanın inşa ediləcəyi planlaşdırılır. Amma, bildiyimiz kimi, Şuşada bərpa-quruculuq işlərinə 2021-ci ildən start verilib. 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə isə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşanın əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət ərzində şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin bərpa edilməsi, Mehmandarovların mülkinin təmir-bərpası, Bülbülün ev-muzeyinin açılışı, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin yenidən inşası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Zəfərdən sonra hər il Cıdır düzündə “Xarı bülbül” musiqi festivalının düzənlənməsi, Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası onu göstərir ki, Şuşa sürətlə dirçələrək özünün əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Baş planın icrası zamanı diqqət yetirilən əsas məsələ Şuşanın əvvəlki memarlıq mühitini qoruyub saxlamaqdır. Şəhərin simasını Seyidli, Qurdlar, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dörd çinar, Saatlı, Mərdinli və digər bu kimi tarixi məhəllələrin ölçüləri, oradakı binaların fasadlarının qapalı və açıq hissələrinin nisbəti, horizontal və şaquli bölgülərdəki ardıcıllıqlar və ritmlər, mütənasiblik və miqyaslılıq, istifadə olunan yerli materiallar, özünəməxsus tağlı konstruksiyalar, həmçinin dam örtükləri, eyvanlar və digər memarlıq elementləri formalaşdırır. Şuşada bütün tikinti və quruculuq işləri xüsusi nəzarət altında aparılır və bunu “Baş planla parallel olaraq müfəssəl həllərin hazırlanması” proqramı təmin edir. Şuşanın Baş planında orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşa edilməsi nəzərdə tutulduğunu deyən komitə rəsmisi layihədə şəhərdə yerləşəcək tikililərin yeri, mərtəbəliliyi, fasadlarının tarixi-memarlıq görünüşü, abidələrin yenidən qurulması və bərpası zamanı əsas götürülən qaydalar və digər vacib detallar öz əksini tapıb. İnşa ediləcək yaşayış evləri ilə bərabər, qarışıq təyinatlı ərazilərdə tikiləcək təhsil, səhiyyə ocaqları, ictimai-iaşə obyektləri və digər tikililərdə də Şuşaya xas memarlıq elementlərindən istifadə olunacaq.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

