44 Günlük Şanlı Tarix
08.11.2025 [18:55]
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz 27 sentyabr 2020-ci il tarixində ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi ilə xalqımızın 30 illik həsrətinə 44 günə son qoydu. Məhz həmin tarix Zəfərə gedən yolun başlanğıcı oldu. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək xalqımızın Qələbə əzmini nümayiş etdirdi. Bu günlər ərzində ordumuzun apardığı müharibə milli şüurun, xalq-hakimiyyət və ordu birliyinin təcəssümünə çevrildi. O gün hər kəs Vətən fədaisi oldu. 30 ilə yaxın müddət ərzində yaşadığımız ağrı-acılar bir anda sevincə çevrildi. Şanlı ordumuz bu qalibiyyəti ilə Azərbaycan xalqının qarşıya qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətində olduğunu sübut etdi. Bu müharibə bir daha göstərdi ki, Azərbaycanın hər bir vətəndaşı, hər bir fərdi Vətənin keşiyində məğrur bir əsgərdir, özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.
Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək xalqımıza böyük Qələbə sevinci bəxş etdilər. 44 gün ərzində hər gün rəşadətli ordumuz irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Bu uğurlar xalqımızın Qələbə ruhunu yüksəltməklə bərabər Azərbaycan dövlətinin gücünü göstərdi. Azərbaycan dövləti 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu, ərazi bütövlüyünü təmin etdi. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgər və zabitlərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Zəfər Günü kimi yazıldı. Noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu.
Bu şanlı Zəfəri bizlərə yenilməz ordumuzun əsgər və zabitləri, o cümlədən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Beləliklə sentyabrın 27-dən başlanan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu gün xalqımız milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi Qələbəni yüksək səviyyədə qeyd edir.
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandıran, bu yolda canlarını belə əsirgəməyən bütün şəhidləri dərin ehtiramla yad edirik. Azərbaycan xalqının Zəfəri əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaqdır.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

