Qanunlara riayət etmək hər bir şəxsin borcudur
14.11.2025 [23:57]
Cari ilin 12 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etmiş və proqram xarakterli çıxış edərək yeni təyin olunmuş rəhbər şəxslərə gələcək fəaliyyətləri istiqamətində tövsiyyə və tapşırıqlarını vermişdir. Cənab Prezident çıxışı zamanı yeni təyin olunan icra başçılarına rəhbərlik etdikləri regionlarda ilk növbədə qanunlar çərçivəsində çalışmağı, sosial ədalət prinsiplərinə əməl etməyi və hər zaman vətəndaşlarla təmasda olmağı, onların problemlərinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tapşırdı.
Dövlət başçısı yeni təyin olunan icra başçılarına və bütün məmurlara bir daha xəbərdarlıq edərək onlara qanunsuz əməllərdən əl çəkməyi, əks halda ciddi şəkildə cəzalandırılacaqlarını bəyan etdi. “Kimlərinsə şəxsi maraqlarına və tamahına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik” deyən cənab Prezident xüsusi vurğulamışdır ki, “rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”. Dövlətimizin başçısı çıxışında həmçinin dövlətin inkişafı və fəaliyyətinin daha səmərəli olması istiqamətində son illərdə həyata keçirilən islahatların əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, idarəetmə sistemində çox ciddi islahatlarla yanaşı, eyni zamanda bu sahədə çox böyük təmizləmə işləri aparılmaqdadır. Qanunlar çərçivəsində fəaliyyət göstərməyən bəzi dövlət məmurları tutduqları vəzifədən uzaqlaşdırılmış və qanunsuz əməllərinə görə ciddi cəzalandırılmışdır.
Cənab Prezidentin çıxışı zamanı toxunduğu digər mühüm məsələlərdən biri də regionlarda məşğulluqla bağlı məsələlər oldu. Bu istiqamətdə son illər ərzində böyük islahatların aparıldığını və işsizliyin səviyyəsinin aşağı düşdüyünü nəzərə çatdıran ölkə başçısı hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyillərinin mövcud olduğunu bildirmiş və xüsusi vurğulamışdır ki, “bu istiqamətdə rəhbərlərdən tələbim iş yerlərinin yaradılmasına çalışmaları, iş adamlarına şərait yaratmaqla onlara dəstək vermələridir”.
İnanırıq ki, Möhtərəm cənab Prezidentin tövsiyyə və proqram xarakterli çıxışı bütün məmurlarımızın gələcək fəaliyyətində mayak rolunu oynayacaq və keyfiyyət dəyişikliyi nəticəsində işlərində əsaslı dönüş baş verəcəkdir. Məhz bu sayədə dövlətimiz daha güclü, şəhidlərimizin qanı hesabına qazandığımız müstəqilliyimiz isə əbədi və dönməz olacaqdır.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51

