Regional inkişafın yeni mərhələsi
25.11.2025 [11:06]
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin sərəncama əsasən 25 noyabr – Kəlbəcər Şəhəri Günüdür. Bu əlamətdar günün təsis edilməsi Kəlbəcər şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu il noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunmasından 5 il ötür.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində möhtəşəm Zəfər qazandı. Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı döyüş yolu ilə azad etməklə düşməni məğlubiyyətə uğratdı. Şuşanın azad edilməsindən sonra 70-dən çox yaşayış məntəqəsinin sürətlə geri qaytarılması Ermənistana kapitulyasiya aktını imzalamaqdan başqa yol qoymadı.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər 15 noyabrda Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan ordusunun və qanunsuz yerləşdirilmiş əhalinin çıxarılması üçün əlavə vaxt istədi. Azərbaycan dövləti humanist mövqeyini nümayiş etdirərək müddəti 25 noyabra qədər uzatdı və həmin gün Kəlbəcər işğaldan tam azad edildi.
Prezident İlham Əliyev Kəlbəcərin azad olunması münasibətilə xalqa müraciətində ermənilərin bölgədə törətdiyi vandallığı xüsusi vurğulayaraq bildirmişdi:
“Mənfur düşmən meşələri qırıb talayır, evləri yandırır, məktəbləri məhv edir… Biz erməni faşizmini məhv etdik.”
İşğalın 27 ili ərzində Kəlbəcərin infrastrukturu dağıdılmış, təbii sərvətləri qeyri-qanuni istismar edilmiş, ekoloji fəsadlar yaradılmışdı.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” çərçivəsində Kəlbəcərdə genişmiqyaslı layihələr icra olunmaqdadır. Böyük Qaydış 2030-cu ilədək ölkənin beş Milli Prioritetindən biri kimi müəyyən olunub.
Bu gün Kəlbəcərdə yollar, enerji infrastruktur layihələri, yaşayış məhəllələri, sosial obyektlər, turizm infrastrukturu, su və geotermal potensialın bərpası istiqamətində sürətli işlər aparılır. Bütün layihələr birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır.
Əminliklə demək olar ki, həyata keçirilən yenidənqurma və bərpa proqramları başa çatdıqdan sonra Kəlbəcər öz təbiəti, turizm imkanları, mineral suları, yeraltı və yerüstü sərvətləri ilə Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

