Azərbaycan - Slovakiya əməkdaşlığı
10.12.2025 [15:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiya Respublikasına ilk rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Eyni zamanda bu görüş regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır. Prezident İlham Əliyevin Slovakiyanın paytaxtı Bratislavada yüksək səviyyədə qarşılanması və səfərin Slovakiya rəhbərliyi tərəfindən son dərəcə mühüm siyasi hadisə kimi dəyərləndirilməsi bu münasibətlərin strateji çəkisini açıq şəkildə göstərir.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış etdilər. Bəyanatda bir çox məsələlərlə yanaşı nəqliyyat-logistika sahəsinə dair fikirlər də xüsusi yer aldı. Dövlət başçıları gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanların genişləndirilməsi məsələsi haqqında fikirlərini bölüşdülər. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi: “Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.” Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında çox böyük potensiala malik olan bu məsələnin önə çəkilməsi tərəflərin real iqtisadi dəyər yaradan əməkdaşlıq mərhələsinə keçməsinə zəmin yaradır. Son illərdə nəqliyyat sektoruna qoyulan sərmayələr nəticəsində Azərbaycan Orta Dəhlizin ən etibarlı hissəsinə çevrilib. Bu marşrut Orta Asiyanı Avropa ilə birləşdirir, yüklərin ən təhlükəsiz və sürətli keçidini təmin edir, Azərbaycanın geostrateji əhəmiyyətini artırır.
Bu gün Azərbaycan öz təbii qazını bir çox ölkələrə ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı kimi lider dövlətdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”. Bu mesaj yalnız texniki deyil, həm də strateji-siyasi məna daşıyır. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetrdir, bunun yarısı Avropaya nəql olunur. Artıq Aİ-yə üzv 8 ölkə Azərbaycan qazını alır. Yeni yataqların işlənməsi isə təchizat həcmlərinin daha da artacağını göstərir.
Əminliklə deyə bilərik ki, bu səfər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin növbəti mərhələyə keçməsinə, qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlığın təmin olunmasına zəmin hazırlayacaq. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, Avropa İttifaqının üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır.Bu baxımdan Prezident İlham Əliyevin Slovakiya səfəri, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirən və ikitərəfli əlaqələrin genişlənməsi üçün yeni perspektivlər açan əhəmiyyətli bir addımdır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

