“Ulu Öndər Heydər Əliyev – Xalqa həsr edilmiş ömür” adlı tədbir keçirilib
12.12.2025 [16:52]
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 11 dekabr 2025-ci il tarixində “Ulu Öndər Heydər Əliyev – Xalqa həsr edilmiş ömür” adlı tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan dövlətçiliyinin xilası və inkişafında oynadığı əvəzsiz roldan bəhs edib. Sədr Həbib Misirov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında qurtuluş missiyasının müəllifi və müasir Azərbaycan dövlətinin qurucusu kimi əbədi yer alıb. Həbib Misirov vurğulayıb ki, Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla və böyük uğurla davam etdirilir. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirib, işğal altındakı torpaqlarını azad edərək tarixi ədaləti bərpa edib.
Rayon həmkarlar komitəsinin sədri Əli Bağırov, Kəlbəcər Gənclər və İdman Sektorunun müdiri Musa Məmmədov, Kəlbəcər Rayon Statistika İdarəsinin rəis müavini Niyaməddin Cəfərov, 99 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin direktoru İsmət Nəcəfov, Vətən müharibəsi qəhrəmanı Anar Əliyev adına orta məktəbin müəllimi Ərəsdun Kamalov, 109 nömrəli Kəlbəcər rayon tam orta məktəbinin müəllimi Çinarə Eyvazova və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tarixi missiya, müstəqil dövlət quruculuğundakı müstəsna xidmətləri geniş şəkildə diqqətə çatdırıblar. Bildiriblər ki, xalqımız Ulu Öndərin ideyalarından güc alaraq Qurtuluşdan Zəfərə aparan şərəfli yol keçib. 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə isə Ulu Öndər Heydər Əliyev siyasətinin davamlılığının və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin məntiqi nəticəsidir.
Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək, onun siyasi irsinin gələcək nəsillər üçün daim yol göstərən dəyər mənbəyi olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

