Dayanıqlı inkişafı təmin edən dövlətçilik ənənələri
18.12.2025 [22:14]
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin hüquqi-humanist dəyərlərə sadiqliyinin növbəti təzahürüdür. Bu təşəbbüs ölkədə hüquq sisteminin təkmilləşdirilməsi, cəmiyyətin sağlamlaşdırılması və insan amilinin prioritet tutulması istiqamətində aparılan ardıcıl dövlət siyasətinin məntiqi davamı kimi qiymətləndirilir.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Məhkəmə-hüquq sistemində aparılan institusional dəyişikliklər, insan hüquq və azadlıqlarının daha etibarlı təminatı, cəza siyasətinin humanistləşdirilməsi bu sahədə atılan mühüm addımlar sırasındadır. Amnistiya təşəbbüsü də məhz bu ümumi dövlət strategiyasının tərkib hissəsi kimi çıxış edir.
Xüsusilə qeyd edilməlidir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm ideoloji-siyasi məzmun daşıyır. Konstitusiyanın aliliyi və dövlət suverenliyinin tam bərpası fonunda irəli sürülən amnistiya təşəbbüsü hüquqla humanizmin vəhdətini əks etdirir. Bu addım bir daha nümayiş etdirir ki, güclü dövlət yalnız sərt hüquqi mexanizmlərlə deyil, eyni zamanda mərhəmət, sosial məsuliyyət və ədalət prinsipləri üzərində qurulur.
Dövlət başçısının təşəbbüsü Konstitusiyanın aliliyinə, qanunun aliliyinin təmin olunmasına və suveren Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, amnistiya aktı sosial ədalət prinsiplərinin gücləndirilməsi, cəmiyyətə reinteqrasiya imkanlarının genişləndirilməsi və humanizm ideyalarının təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs müstəqil Azərbaycan dövlətinin güclü hüquqi bazaya malik olduğunu, insan hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kimi addımlar ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, dövlət-vətəndaş münasibətlərinin daha da sağlam və etibarlı əsaslar üzərində qurulmasına mühüm töhfə verir.
Lalə İskəndərova
YAP Qusar rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

