Bakını dünyanın idman paytaxtına çevirən lider: 600 qızıl medalın arxasındakı uğurlu siyasət
30.12.2025 [20:30]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
2025-ci il Azərbaycan idmanı üçün mühüm uğurlarla yadda qaldı. Beynəlxalq yarışlarda qazanılan iki mindən çox medal, o cümlədən altı yüzdən çox qızıl medal Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib.
Bu nəticələr həm idmançılarımızın peşəkarlığının göstəricisi, həm də ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqətin parlaq nəticəsidir. Bu qazanılan uğurlar gələcək illərdə daha böyük hədəflərə yol açır.
Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir.
Əminliklə bildirməliyik ki, Azərbaycan dünyanın nüfuzlu idman ölkəsi kimi tanınır. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu.
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bu ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu vurğulayıb. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. İdman sahəsində qazanılan nailiyyətlər, həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur.
Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də davamlı işlər həyata keçirilib.
Dövlətimizin başçısının 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında qeyd etdiyi kimi, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq.
Dövlətimizin başçısı ilin idman yekunlarına həsr olunmuş tədbirdə, idmançılarla görüşdə qeyd etdiyi kimi, son vaxtlar bir neçə aparıcı ölkənin şəhəri Formula 1 yarışını keçirmək üçün təşkilatçılara müraciət etmişdir və xüsusilə şəhər yarışlarını daha çox xahiş etmişdir. Çünki Bakının timsalında hər kəs görür ki, şəhər yarışı böyük dərəcədə fərqlənir. Bir sözlə, bu kimi idman tədbirləri ölkəmizin imicini böyük dərəcədə ucaldır.
Dövlətimizin başçısı Azərbaycan idmanının bugünkü səviyyəyə çatmasında dövlətin ardıcıl dəstəyinin həlledici rol oynadığını vurğulayıb. Qeyd edib ki, son illər ərzində ölkənin bütün bölgələrində müasir idman infrastrukturu yaradılıb, Olimpiya İdman Kompleksləri və idman mərkəzləri gənclərin ixtiyarına verilib. Bu isə həm kütləvi idmanın, həm də peşəkar idmanın inkişafına geniş imkanlar açıb. 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev idmançıların, məşqçilərin və federasiya rəhbərlərinin əməyini yüksək qiymətləndirərək, onların uğurlarının dövlət tərəfindən daim diqqətdə saxlanıldığını bildirib.
Bölgələrimizdə də müasir idman infrastrukturunun yaradılması beynəlxalq idman tədbirlərinin ölkəmizin digər şəhər və rayonlarında keçirilməsinə imkan verir. Bu xüsusda, cari ildə III MDB Oyunlarının ölkəmizin yeddi müxtəlif şəhərində yüksək səviyyədə təşkil olunması infrastruktur potensialını nümayiş etdirdi.
Eyni zamanda Bakıda ilk dəfə keçirilən UFC turniri, eləcə də Formula1 yarışlarının davamlı təşkili idman vasitəsilə ölkəmizin yüksək səviyyədə təqdimatına imkan yaradır. Bu tədbirlər təkcə idman uğuru deyil, eyni zamanda, ölkənin turizm və iqtisadi potensialının inkişafına töhfə verir.
Dövlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək, təqribən 55 kilometr olacaq.
Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə baxılacaq. Beləliklə, infrastrukturun genişləndirilməsi, yeni xizək zolaqlarının istifadəyə verilməsi həm bölgədə iqtisadi inkişafı artırır, həm də Azərbaycan idmanında yeni bir səhifə açır.
Düşünürəm ki, ötən illərdə əldə olunan nailiyyətlərin məntiqi nəticəsi olaraq, Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycan idmanına verilən yüksək beynəlxalq qiymətdir. Azərbaycanda qarşıdakı illərdə də idmanın davamlı inkişafı təmin ediləcək, ölkəmiz beynəlxalq idman ailəsində öz mövqeyini daha da möhkəmləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

