20 Yanvar – Azadlıq və müstəqillik yolunda qanla yazılan tarix
19.01.2026 [17:15]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi xüsusi yer tutur. 1990-cı ilin 20 yanvar gecəsi sovet imperiyasının totalitar rejimi tərəfindən Bakıda və ölkənin bir sıra bölgələrində dinc əhaliyə qarşı həyata keçirilən hərbi müdaxilə nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmiş, minlərlə insan yaralanmışdır. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını boğmaq məqsədi daşısa da, əksinə, milli iradəni daha da gücləndirmiş, müstəqillik yolunda dönüş nöqtəsinə çevrilmişdir.
1980-ci illərin sonlarında SSRİ-də gedən siyasi böhran, mərkəzi hakimiyyətin zəifləməsi və Azərbaycan xalqının artan milli azadlıq tələbləri Moskvanı ciddi narahat edirdi. 1990-cı ilin yanvarında bu tələblərin qarşısını almaq məqsədilə Sovet Ordusunun böyük hərbi kontingenti Bakıya yeridildi. Fövqəladə vəziyyət elan olunmadan həyata keçirilən bu əməliyyat nəticəsində qadınlar, uşaqlar, yaşlı insanlar və gənclər amansızcasına qətlə yetirildi.
Tanklar və zirehli texnika dinc sakinlərin üzərinə sürüldü, küçələrdə atəş açıldı, təcili tibbi yardım maşınları belə hədəfə alındı. Rəsmi məlumatlara görə, 20 Yanvar faciəsi nəticəsində 130-dan çox insan şəhid olmuş, 700-dən artıq şəxs yaralanmış, yüzlərlə insan qanunsuz olaraq həbs edilmişdir
20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında yalnız bir faciə deyil, eyni zamanda milli şüurun oyanışı, azadlıq iradəsinin təzahürü kimi həkk olunmuşdur. Sovet rejiminin zorakılığı xalqın mübarizə əzmini sındıra bilmədi. Əksinə, bu qanlı hadisə Azərbaycan xalqını daha da birləşdirdi və müstəqillik uğrunda mübarizəni sürətləndirdi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında 20 Yanvar şəhidlərinin qanı ilə yazılan tarix mühüm rol oynadı. Onlar azadlıq ideyasını canları bahasına qoruyaraq gələcək nəsillərə örnək oldular.
20 Yanvar hadisələrinə ilk dəfə düzgün siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. O, faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək bu qanlı əməliyyatı açıq şəkildə pisləmiş, onu insanlığa qarşı cinayət adlandırmışdır. Sonralar Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulur, onların ailələrinə dövlət qayğısı göstərilir, şəhidlik anlayışı Azərbaycan cəmiyyətində ən ali dəyər kimi qorunur.
Hər il yanvarın 20-də Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir, 20 Yanvar şəhidlərinin məzarları üzərinə qərənfillər düzür, onların əziz xatirəsini dərin ehtiramla yad edir. Bu gün gənc nəsil üçün də vətənpərvərlik, mübarizə və fədakarlıq dərsi kimi mühüm əhəmiyyət daşıyır.
20 Yanvar şəhidləri öz canları ilə sübut etdilər ki, Azərbaycan xalqı azadlıq və müstəqillik yolundan heç vaxt dönməyəcək. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, göstərdikləri qəhrəmanlıq gələcək nəsillərə örnək olacaqdır.
20 Yanvar faciəsinin 36-cı ildönümündə biz şəhidlərimizin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini dərin hörmət və ehtiramla anırıq. Bu tarix bizə bir daha xatırladır ki, müstəqillik asan qazanılmayıb və onu qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

