Yeni dünya nizamı: Azərbaycan, onun milli maraqları və əxlaqi dəyərləri
22.01.2026 [15:47]
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gedib. Səfər çərçivəsində bir çox dövlət, hökümət başçıları, dünyamiqyaslı şirkətlərin rəhbərləri ilə görüşüb. Panel müzakirələrin də iştirakçısı olan cənab Prezident eyni zamanda da dünyanın ən nüfuzlu telekanallarından biri olan “Euronyus” kanalına müsahibə verib.
Ümumiyyətlə, Davos zirvəsi zamanı xüsusi qeyd olunmalı məqam ondan ibarətdir ki, Azərbaycan və onun prezidenti daima diqqət mərkəzindədir. Bu məqam yalnız Davos zirvəsi ilə bağlı deyil. Azərbaycanın son illər dünya səhnəsində öz sözünü deməsi, hərbi, siyasi, iqtisadi və bir çox sferalarda fərqlənməsi dünyanı sözün yaxşı mənasında təəccübləndirir.
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronyus” televiziyasına verdiyi müsahibə əslində Azərbaycanın yeni dünya nizamında öz yerini necə müəyyən etdiyini, hansı prinsiplərlə hərəkət etdiyini və hansı siyasi-fəlsəfi yanaşmanı əsas götürdüyünü açıq şəkildə ortaya qoyur.
Dövlət başçısının qeyd etdiyi kimi daxili sabitlik Azərbaycanın xarici siyasətdə cəsarətli addımlar atmasına və regional layihələrin mərkəzi qovşağına çevrilməsinə imkan verən əsas faktordur. Daxili risklərin minimallaşdırılması ölkəyə imkan verir ki, bütün diqqətini və resurslarını xarici mühitdən gələ biləcək neqativ təsirlərin qarşısını almağa yönəltsin.
Siyasətçilər və siyasi şərhçilər yaxşı bilirlər ki, ölkələrin xarici siyasəti daxili siyasətinin davamıdır. Ölkə daxilində məsələləri səhmana salmayan dövlət beynəlxalq arenada öz sözünü deyə, gərək olanda əlini zəhmlə masaya vura bilməz. Azərbaycanın milli təhlükəsizlik strategiyasının ən güclü sütunu ölkə daxilindəki sarsılmaz sabitlikdir. Uzun illərdir aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan daxilində hər hansı ciddi risk faktoru və ya dövlətçiliyə təhdid törədə biləcək qüvvə mövcud deyil. Keçmiş Qarabağ məsələsinin zəfərlə başa çatması, ölkə daxilində sosial-iqtisadi vəziyyət yaxşılaşması və əhalinin rifah səviyyəsinin yüksəlməsi nəticə etibarı ilə xalq - iqtidar birliyini daha da gücləndirmişdir. Bu da son təhlildə Azərbaycanın dünyada nüfuzuna müsbət təsir etmişdir.
Dünya sözün həqiqi mənasında dəyişir. Dünyanı yüz il əvvəlki qaydalarla idarə etmək mümkün deyil. Dünya ilə bərabər streotiplər də dəyişir. Artıq dünyanın güclü aktorları bir-bir sıradan çıxır, onları yeni, daha fəal ölkələr əvəz edir. Əməkdaşlıqlar, strateji tərəfdaşlıqlar, yeni qaydalar və yeni dünya nizamı formalaşır. Cənab Prezidentin son müsahibəsi Azərbaycanın yeni dünya nizamında fərqli və məsuliyyətli aktor kimi çıxış etdiyini göstərir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün dünyada beynəlxalq hüquq yoxdur. Kim güclüdürsə, o da haqlıdır prinsipi hökm sürür. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti dəfələrlə keçmiş Qarabağ münaqişəsinin həlli zamanı beynəlxalq hüquqa inandığını qeyd etmişdir. Lakin son nəticə torpaqlarımızı öz gücümüzlə azad etdik. Güc qaydasının hökm sürdüyü bir dövrdə Azərbaycan gücünü hüquqla, hüququnu isə milli maraqlarla tarazlaşdırmağı bacaran nadir dövlətlərdən biri kimi dünya tarixinə öz imzasını atmışdır.
Azərbaycan əhali və ərazi baxımından elə də böyük olmasa da, Azərbaycan böyük tarixə və dəyərlər toplusuna malik bir cəmiyyətdir. Prezident cənab İlham Əliyev ölkəmizin dəyərlər kodeksini, milli maraqlara söykənən siyasətini dünya siyasətinə çox asanlıqla transformasiya etməyi bacarmışdır. Azərbaycanın beynəlxalq hüququna əsaslanan xarici siyasəti - heç bir dövlətin daxili işinə qarışmamaq prinsipi, əməkdaşlıqlar zamanı qarşılıqlı mənfəət, tərəfdaşlarının da maraqlarını müdafiə etmək və ən əsası milli maraqları hər şeyin üzərində tutmaq kimi dəyərlər ölkəmizi digərlərindən bariz fərqləndirir. Biz tam məsuliyyətlə deyə bilərik ki, cənab İlham Əliyev beynəlxalq münasibətlər sisteminə əxlaqi dəyərlər toplusu gətirib.
Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. İndi elə bir dövrdə yaşayırıq ki, bütün dövlətlər təbii sərvətlərini öz ehtiyaclarına həsr edirlər. Belə olan bir halda Azərbaycan öz təbii ehtiyatlarını dünya ilə milli maraqları çərçivəsində paylaşmağa hazırdır və paylaşır. Bu gün Azərbaycanın Avropanın ən etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Cənubi və Cənub-Şərqi Avropada bir çox dövlətlər Azərbaycan qazından istifadə edir və bir çoxları isə qazımızı almaq üçün artıq müracət ediblər. Demək olmaz ki, təbii sərvətlər hər zaman xöşbəxtlik gətirir. Amma ağıllı və müdrik liderlər təbii sərvətləri doğru istifadə edərək xöşbəxtliyə səbəb ola bilirlər. Deməli, ən böyük xöşbəxtlik, sərvət elə insan özüdür.
Bu müsahibə yalnız informativ xarakter daşımır. Sətiraltında düşünülmüş siyasi çərçivədə və mənayüklü ismarıclar var. Ümumiyyətlə, cənab Prezidentin istər daxili auditoriyaya hesablanmış çıxışları, istərsə də xarici mətbuat orqanlarına verdiyi müsahibələr, bəyanatlar, fikirlər hər kəs tərəfindən doğru, düzgün təhlil edilməli və nəticələr çıxarılmalıdır.
Yeri gəlmişkən, elə Davos zirvəsi zamanı Serbiyanın dövlət başçısı Aleksandar Vuçiçin cənab Prezident haqqında səsləndirdiyi real həqiqəti əks etdirən fikirlərini də ümumiləşdirsək, o qənaətə gələrik ki, möhtərəm İlham Əliyev müasir dünyanın ritmini duyan, siyasi proseslərin axarını zamanında qiymətləndirən dünya miqyaslı liderlərdəndir. Məhz “Euronyus” kanalına verdiyi sonuncu müsahibə bu və bu kimi bir çox müsbət amilləri bir daha təsdiq etdi.
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

