Vətənpərvərlik ruhunda tərbiyə alan gənclər Vətən müharibəsində qalibiyyətimizin memarı oldular
02.02.2026 [12:09]
Məlum olduğu kimi, 30 ilə yaxındır ki, 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Gənclər Gününün tarixi isə düz 30 il bundan qabaq ölkəmizdə baş verən tarixi hadisə – 1996-cı fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumu ilə əlaqədardır. Belə ki, 26 yanvar 1996-cı il tarxində Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 2 fevral 1996-cı ildə Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alınmış və bu tədbirdən sonra dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırılmışdır. Fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
1 fevral 1997-ci il tarixində gənclərin I forumunun ildönümü münasibətilə gəncləri qəbul edən Ümummilli Lider Heydər Əliyev “2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi” barədə Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən Gənclər Günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanmışdır. Gənclərin II forumu 1999-cu ildə keçirilmişdir. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciətində qeyd etmişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”. Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoymuşdur.
Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur. Respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edən Ümummilli Lider hələ illər öncə gənclərin milli və vətənpərvər ruhda tərbiyəsi ilə bağlı bunları söyləmişdir׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hər zaman sağlam, perspektivli, bu dövlətə sahib çıxacaq gənc nəslin yetişməsinə xidməti əsas götürmüşdür. Ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Müstəqilliyin ilk illərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, gənclərin qarşısında duran problemlər və onların həlli yollarını mürəkkəbləşdirmişdir. Bunu yaxşı görən dövlət başçısı Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratmışdır.
Dahi rəhbərin vaxtilə müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir. Prezidentin gənclərin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etməsi onların təhsil alması, peşə sahibi olması, idman və mədəniyyət sahələrində fəal iştirak etməsi üçün geniş imkanlar açır. Belə ki, Azərbaycanda gənclərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün dövlət proqramlarında gənclərlə bağlı vacib məqamlar öz əksini tapmışdır. Azərbaycan Respblikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gənclərə böyük diqqət və qayğı göstərməsi, gənclərin mədəniyyət, təhsil və sosial sahələrdə inkişafı üçün müxtəlif layihə və proqramlara dəstək verməsi də dövlətimizin yürütdüyü siyasətin uğurla davam etdirilməsinin sübutudur. Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da gənclərlə bağlı olaraq təhsilin inkişafı, mədəni tədbirlərin təşkili və sosial layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görməkdədir.
Sonda belə bir mühüm faktı qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yetişən vətənpərvər gənclik sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini tam təmin edilmişdir. Belə ki, 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi gücünü, iradəsini və vətənə bağlılığını bütün dünyaya nümayiş etdirmişdir. Bu məqamı vurğulayan Azərbaycan Respblikasının Prezidenti İlham Əliyev 2022-ci il fevralın 2-də Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bəyan etmişdir: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi".
Beləliklə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün də Azərbaycan gənclərinin uğurlu inkişafının əsasını təşkil edir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi savadlı, vətənpərvər, fəal və təşəbbüskar bir qüvvəyə çevrilmişdir. Yuxarıda qeyd edildiyi kimi, vətənpərvərlik ruhunda tərbiyə alan gənclər Vətən müharibəsində qalibiyyətimizin memarı oldular!
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33

