Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri uğurla inkişaf edir
05.02.2026 [13:31]
Məlum olduğu kimi, tarixi dostluq əlaqələrinə dayanan Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər hazırda dinamik inkişaf mərhələsini yaşayır. İki ölkə arasında strateji və hərtərəfli tərəfdaşlıq səviyyəsinə yüksələn bu əlaqələr siyasi dialoqun dərinləşməsində, iqtisadi və enerji sahələrində meqalayihələrin həyata keçirilməsində və bir çox digər sahədə birgə əməkdaşlıqların icrasında da özünü bariz şəkildə göstərir.
Məlumdur ki, Bakı-Əbu-Dabi münasibətlərinin möhkəmlənməsində ölkə liderlərinin qarşılıqlı səfərləri vacib əhəmiyyət daşıyır. İndiyə qədər Prezident İlham Əliyevin BƏƏ-yə iki rəsmi və beş işgüzar səfəri olub. Eləcə də BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi və işgüzar səfərləri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada dayandığını göstərir. Yeri gəlmişkən, ötən il sentyabrın 16-da Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana, Qarabağa səfər etməsi həm də BƏƏ-nin ölkəmizin ədalətli mövqeyinə tam dəstəyinin ifadəsi idi. Həmin zaman Şuşada Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü zamanı ölkəmizin rəhbərinin "Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub" sözləri də iki ölkə arasında qarşılıqlı etimada dayanan yüksək münasibətlərdən xəbər verirdi. Burada vacib məqama diqqət çəkək. Keçən il iyulun 10-da Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü Bakının irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi istiqamətində dönüş nöqtəsi oldu. Həmin vaxt liderlər bir araya gələrək ikitərəfli danışıqlar apardılar. Heç bir vasitəçi olmadan keçirilən və sülh gündəliyinin irəlilədilməsi baxımından mühüm əhəmiyyət daşıyan görüş zamanı Ermənistan ilə Azərbaycan arasında sülh prosesi istiqamətində müzakirələr aparıldı, razılaşmalar əldə edildi. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqləndi və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verdilər. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəldilər.
Qeyd edək ki, sülhün yaranması üçün uğurlu və etibarlı platforma rolunu oynayan Əbu-Dabi görüşü tarixi Vaşinqton Sammiti üçün münbit zəmin yaratdı. Ötən il Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Sülh Sazişinin paraflanması bölgəyə de-fakto sülh gətirdi. Bu mənada Prezident İlham Əliyevin BƏƏ-nin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də təsadüfi olmadı. Sözügedən mükafat Azərbaycan liderinə Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib.
Onu da qeyd edək ki, ötən ilin sentyabrında Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə"nin, müxtəlif sahələri əhatə edən 12 memorandumun və bir müqavilənin imzalanması ölkələrimiz arasındakı münasibətlərin çoxtərəfli və yüksək səviyyəsini bir daha nümayiş etdirdi. "Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq" deyən BƏƏ lideri də həmin vaxt Şuşadan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bəyan etmişdi. Cari il fevralın 2-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri həm səfər proqramının zənginliyi, həm də Bakı-Əbu-Dabi əlaqələrinin daha da dərinləşməsi ilə əlamətdar oldu.
Prezident İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın görüşü zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Qeyd edək ki, Azərbaycan-BƏƏ əməkdaşlığında əsas yerlərdən birini enerji sektoru tutur. "Masdar", ADNOC və SOCAR arasında imzalanmış sazişlər bərpaolunan enerji, neft-qaz hasilatı və beynəlxalq enerji bazarlarında birgə fəaliyyət üçün mühüm imkanlar açır. Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələsinin özü də ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrə müsbət töhfə kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısının səfəri çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb. İki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin keçirilməsi isə Azərbaycan ilə BƏƏ arasında hərbi əməkdaşlığın yeni və daha dinamik mərhələyə keçidini göstərir.
Fevralın 3-də Azərbaycan və BƏƏ liderləri "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.
Ən əsası, qarşılıqlı etimada, ortaq maraqlara və gələcəyə hesablanmış strateji baxışa söykənən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri uğurla inkişaf edir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi, humanitar və hərbi əməkdaşlıq sahələrində qurulan tərəfdaşlıq da bunu nümayiş etdirir.
Şəmsi Nəcəfov,
YAP Göygöl rayon təşkilatı üzrə “24 № li Yol İstismarı “ Məhdud Məsuliyyətli Cəmiyyəti ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

