İki ölkə arasında yeni strateji mərhələnin başlanğıcı
11.02.2026 [15:34]
Məlum olduğu kimi, ölkəmizin xarici siyasət kursunda Birləşmiş Ştatlarla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. Yeri gəlmişkən, ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfə verən antiterror tədbirlərində ABŞ-yə verdiyi ardıcıl dəstək ikitərəfli münasibətlərin dinamik inkişafını daha da sürətləndirdi. Qeyd edək ki, Bayden administrasiyasının ziddiyyətli və riyakar siyasəti müəyyən dövrlərdə iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərdi. Xüsusilə qeyd etmək lazımdır ki, ötən il liderlər Donald Tramp və İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq Azərbaycan - ABŞ münasibətlərində yeni mərhələnin əsasları formalaşmağa başladı. Birləşmiş Ştatların vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri bu baxımdan münasibətlərin yeni dövrünün mühüm anonsu kimi dəyərləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və bu görüşlərin fonunda hökumətlərarası Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması gələcək əməkdaşlığın daha da dərinləşəcəyinə dair ciddi siyasi iradəni ortaya qoydu.
Prezident İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərə toxunaraq Azərbaycana göstərilən çox müsbət münasibətə görə Tramp - Vens administrasiyasına minnətdarlığını əbəs yerə bildirmədi. Çünki onların dəstəyi sayəsində Azərbaycan - ABŞ münasibətləri strateji əməkdaşlıq səviyyəsində yeni mərhələyə qədəm qoydu, regional sülh və inteqrasiyaya mühüm töhfələr verdi. Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması isə inkişaf edən əlaqələrin davamı kimi yadda qaldı. Prezident Əliyevin qeyd etdiyi kimi Trampla Vaşinqtonda keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması iki ölkə arasındakı əməkdaşlıq üçün yeni imkanlar açdı. Bu mərhələ Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurmağın, regional sülh prosesinə töhfə verməyin və iqtisadi inteqrasiyanı təşviq etməyin vacibliyini göstərdi. Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında Tramp - Vens administrasiyasının Qafqazda sülhə verdiyi töhfəni də xüsusi vurğuladı. Ermənistan - Azərbaycan sülh prosesində ABŞ-ın rolunu qeyd edərək TRIPP layihəsi vasitəsilə regionda nəqliyyat və iqtisadi inteqrasiyanın əsas diqqət mərkəzinə gətirildiyini bildirdi. Eyni zamanda enerji, müdafiə və süni intellekt sahələrində əməkdaşlıq perspektivlərindən danışaraq Azərbaycan - ABŞ münasibətlərinin çoxşaxəli, strateji və uzunmüddətli xarakter aldığını bəyan etdi.
Onu da qeyd edək ki, Birləşmiş Ştatların vitse-prezidentinin ölkəmizə səfəri, keçirilən görüşlər və səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan - ABŞ münasibətləri yalnız siyasi əlaqələrlə məhdudlaşmır. Siyasi dialoqdan iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlığa qədər bütün sahələrdə inkişaf edən bu münasibətlər regionda stabilliyi və sülhü gücləndirən, tərəflərin uzunmüddətli strateji maraqlarını təmin edən əsas amillərdən birinə çevrilib. Şübhəsiz ki, ölkəmizin xarici siyasət kursu, Tramp administrasiyasının konstruktiv mövqeyi və xüsusilə Prezident İlham Əliyevin qlobal liderliyi Azərbaycan - ABŞ münasibətlərinin inkişafında mühüm rol oynayır və əlaqələrin daha strateji səviyyəyə yüksəlməsinə zəmin yaradır.
Ən əsası, Cənab vitse-prezidentin əminliklə bəyan etdiyi kimi böyük təşəkkürə layiq Prezident İlham Əliyev və Prezident Trampın rəhbərliyi ilə ölkələrimiz arasında daha güclü və daha yaxşı münasibətlər qurulacaq.
Əliqaya Namazov,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü, partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

