ABŞ-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur
11.02.2026 [18:15]
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlər hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Müstəqillik əldə etdikdən sonra Azərbaycan ABŞ-la əlaqələrin inkişafına xüsusi önəm vermiş, Vaşinqtonun etibarlı tərəfdaşı kimi çıxış etmişdir. İkitərəfli münasibətlər ötən dövrdə müxtəlif mərhələlərdən keçmiş, əməkdaşlıq və zaman-zaman gərginlik elementləri ilə müşayiət olunmuşdur.
Xüsusilə Bayden–Blinken administrasiyası dövründə Azərbaycana münasibətdə adekvat olmayan yanaşmalar müşahidə olunmuş, Əfqanıstan əməliyyatlarının başa çatmasından sonra 907-ci düzəlişin icrasının qüvvədə saxlanılması siyasi təzyiq aləti kimi istifadə edilmişdir. Bununla belə, Azərbaycan milli maraqlara əsaslanan müstəqil siyasəti sayəsində bütün təzyiq və təhdidləri neytrallaşdırmağı bacarmış, suveren mövqeyini qətiyyətlə qorumuşdur.
2025-ci ildə Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra isə münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər formalaşmışdır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və praqmatik əməkdaşlıq yanaşması iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi üçün əlverişli zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmlə mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun gələcəyə hesablandığını göstərir.
Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması hazırkı mərhələdə əlaqələrin daha da inkişafı üçün əsaslı baza rolunu oynayır. Enerji və təhlükəsizlik sahələrində birgə təşəbbüslər, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar tərəfdaşlığın qarşılıqlı fayda prinsipinə söykəndiyini təsdiqləyir.
Azərbaycan bu gün regionda sülh və təhlükəsizliyin əsas təminatçılarından biri kimi çıxış edir. Eyni zamanda, müəllifi və təşəbbüskarı olduğu qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələri ilə Cənubi Qafqazın və daha geniş coğrafiyanın inkişafına mühüm töhfələr verir. Hazırkı mərhələdə ABŞ administrasiyasının Azərbaycanın strateji əhəmiyyətini, regional rolunu və qlobal miqyasda artan çəkisini obyektiv şəkildə dəyərləndirməsi ikitərəfli münasibətlərdə yeni dinamika yaradır.
ABŞ Prezidentinin Azərbaycanla əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirir. Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına verilən önəm isə regional sabitliyin və inkişafın əsas şərtlərindən biri kimi çıxış edir.
Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri Bakı ilə Vaşinqton arasında siyasi dialoqun möhkəm və etibarlı təməl üzərində inkişaf etdiyini bir daha təsdiqləyir. Bu səfər iki ölkə arasında qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Hər iki tərəfin strateji tərəfdaşlığın əhəmiyyətini açıq şəkildə bəyan etməsi siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat-kommunikasiya layihələri bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Tramp administrasiyasının atdığı addımlar isə ABŞ-ın Cənubi Qafqaz siyasətində daha praqmatik və maraqlara əsaslanan yanaşmanın ön plana çəkildiyini göstərir. Bu yanaşma regionda sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və Azərbaycanla münasibətlərin daha da inkişafına xidmət edir.
Nəticə etibarilə, Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələsi yalnız iki ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyi və rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın genişlənməsi və təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi həm ABŞ-ın, həm də region dövlətlərinin strateji maraqlarına cavab verir. Yeni mərhələ qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında formalaşaraq daha dayanıqlı və perspektivli əməkdaşlıq modelinin əsasını qoyur.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

