Yeni Azərbaycan Partiyası dövlətçilik uğrunda yorulmadan xidmət göstərir
20.11.2013 [09:16]
YAP Ağdam rayon təşkilatında partiyanın yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev partiyanın fəaliyyət göstərdiyi 21 illik dövrdə gördüyü işlərə diqqət çəkib.
Partiyanın yaranma tarixi, 21 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında məlumat verən rayon təşkilatının sədri bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılıb: “Məhz həmin çətin dövrdə partiya dövlətin və xalqın taleyi üçün məsuliyyəti öz üzərinə götürmüşdü”.
Azərbaycanda əldə edilən nailiyyətlərdən, sürətli inkişaf yolundan, habelə regionların dinamik şəkildə dəyişən və gözəlləşən simasından söhbət açan İsgəndər Quliyev qeyd edib ki, YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunub.
İsgəndər Quliyev onu da bildirib ki, partiyamızın yaranmasının 21-ci ildönümü ölkəmizin tarixinə əlamətdar bir hadisə kimi daxil olan bir dövrə təsadüf edir: “Noyabr ayı əslində ölkəmiz üçün bayramlar ayıdır: 9 noyabr - Dövlət Bayrağı günü, 12 noyabr müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edildiyi tarix, 17 noyabr - Milli Dirçəliş Günü və nəhayət 21 noyabr Yeni Azərbaycan Partiyasının yaranması günü. Bütün bunlarla yanaşı, xalqımız 9 oktyabrda keçirilən prezident seçkilərində hörmətli Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin qələbəsinin xoş təsiri ilə yaşayır”.
Daha sonra çıxış edən YAP Ağdam rayon təşkilatı Qadınlar Şurasının sədri Cəmilə Qasımova partiyanın 21 illik tarixinə diqqət çəkərək bu müddətdə YAP-ın Azərbaycan xalqı qarşısında gördüyü işləri yüksək dəyərləndirib. O qeyd edib ki, bu dövr ərzində YAP dövlətçilik uğrunda yorulmadan xidmət göstərib və öz uğurlu işi ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olub.
Digər çıxış edən natiqlər də YAP-ın Azərbaycan xalqı və dövləti qarşısında gördüyü işləri yüksək qiymətləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

