Dayanıqlı inkişafa hədəflənmiş yeni konsepsiya
13.02.2026 [15:29]
Bu gün dünya nizamı yenidən qurulur və daim yenilənən, qloballaşan dünyada inkişaf etmək üçün daim yeni tələbat yaranır. Bütün ölkələr yeni tələbatlarla ayaqlaşmağa, yeniliklərdən yararlanaraq inkişaf etməyə, təbii resurslara yiyələnməyə, imkanlarını genişləndirməyə, özünün gücünü, qüdrətini və vətəndaşlarının maddi rifahını yüksəltməyə çalışır.
Müasir dünyada dövlətlərin gücü isə bu gün təkcə təbii resurslarla və hərbi potensialla deyil, eyni zamanda rəqəmsal idarəetmə imkanları, innovasiya mühiti və texnoloji müstəqillik səviyyəsi ilə ölçülür. Eyni zamanda müasir dövrün əsas tələblərindən biri də dövlət idarəçiliyinin daha çevik, şəffaf, sürətli və effektiv sistemə keçididir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi vurğuladığı “Azərbaycanın yeni rəqəmsal arxitekturası” anlayışı ölkənin gələcək inkişaf xəttini müəyyən edən strateji yanaşma kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət başçısının ölkəmizin inkişaf perspektivlərindən danışaraq dövlət qurumları arasında sıx təmasların qurulması, pərakəndəliyə yol verilməməsi və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dövlət qurumları ilə birlikdə tədbirlər planının hazırlamasına dair verdiyi tapşırıqlar müasir dövrün tələblərinə uyğun olaraq ölkəmizin dayanıqlı inkişafını təmin etmək üçün yeni konsepsiyaya keçidin zəruri olduğunu təsdiq edir.
Müşavirə zamanı Prezident İlham Əliyevin çıxışı və verdiyi tapşırıqlar dövlətin tam yeni bir konsepsiya ilə bu istiqamətdə nəzərdə tutduğu planların ictimaiyyətə təqdim edilməsidir. Bu model Azərbaycana regional liderlik imkanları qazandırmaqla yanaşı, vətəndaşların həyat keyfiyyətini yüksəldən, dövlət xidmətlərini daha şəffaf və çevik edən, iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirən mühüm strateji xəttdir. “Yeni rəqəmsal arxitektura” bütövlükdə dövlətin idarəetmə fəlsəfəsinin, iqtisadiyyatın təşkilinin və sosial xidmətlərin təqdim edilməsinin yeni texnoloji əsaslar üzərində qurulması deməkdir. Burada ölkənin dövlət idarəçiliyi, iqtisadi münasibətləri və sosial xidmətləri üçün vahid, inteqrasiya olunmuş, təhlükəsiz və ağıllı rəqəmsal sistemin formalaşdırılması nəzərdə tutulur. İlk növbədə rəqəmsal arxitektura iqtisadi idarəetmədə şəffaflığı artırır. Dövlət xidmətlərinin rəqəmsallaşması biznes mühitini daha əlverişli edir, sahibkarlar üçün əsas problem olan vaxt itkisini aradan qaldırır. Elektron hökumət platformalarının genişlənməsi, ASAN xidmət modelinin rəqəmsal imkanlarla daha da zənginləşməsi insanlara vaxt və xərc baxımından daha böyük üstünlüklər verir.
Prezident İlham Əliyev müşavirədə müasir rəqəmsal arxitekturanın sosial baxımdan ən mühüm nəticəsinin dövlət-vətəndaş münasibətlərinin daha müasir və daha əlçatan formaya keçməsi olduğunu vurğulayaraq "Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Dövlət xidmətləri "mygov" üzərindən, yəni vahid mərkəzdən həyata keçirilməlidir və hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar” deməsi bu tətbiqin vətəndaşlar üçün də çox böyük üstünlüklər təmin edəcəyini yəqin edir.
Dünyada gedən meyilləri və trendləri diqqətə çatdıran ölkə başçısının “Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb və ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir" deməklə görüləcək işlərin və bu sahədə kadr hazırlığının vacibliyini önə çəkdi, həm dövlət qurumları, həmdə vətəndaşlar üçün qarşıda duran vəzifələrin istiqamətini göstərdi.
Bir sözlə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” anlayışı rəqəmsal texnologiyaların sadəcə tətbiqi deyil, dövlətin idarəçilik mexanizminin tamamilə modernləşdirilməsini, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını və sosial rifahın daha möhkəm əsaslar üzərində qurulmasını və bütövlükdə ölkəmizin dayanıqlı inkişafını təmin edəcək yeni konsepsiyadır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08

