Xocalı soyqırımı – xalqın yaddaşında qanlı iz və Zəfərə aparan yol
25.02.2026 [10:48]
Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və unudulmaz faciələrindən biridir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verən hadisələr nəticəsində yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi. O gecə təkcə bir şəhər yox, bütöv bir xalq sınağa çəkildi. Bu sınağın nəticələri çox ağrılı, çox acılı oldu. Ağıla sığmaz hadisələrin cərəyan etməsi insanlığa sağalmaz zərbə vurdu. Qarın ağlığına bürünmüş torpaq qan rənginə boyandı, anaların fəryadı göylərə yüksəldi, uşaqların yarımçıq qalan arzuları zamanın yaddaşına həkk olundu.
Xocalı hadisələri mənim üçün sadəcə tarixi dərs deyil. Bu, xalqımızın yaşadığı ağrının, ədalətsizliyin və eyni zamanda sınmayan iradəsinin göstəricisidir. Dinc əhalinin – qadınların, uşaqların, qocaların – hədəfə alınması insanlığa qarşı törədilmiş ağır cinayət idi. Bu faciə göstərdi ki, müharibənin ən böyük zərbəsini günahsız insanlar alır. Xocalı adı çəkiləndə insanın ürəyi sıxılır, çünki bu adın arxasında yarımçıq qalan həyat hekayələri dayanır.
İllər boyu Xocalı həsrəti ilə yaşayan Azərbaycan xalqı torpaqlarının azad olunacağı günü səbirlə gözlədi. Bu həsrət hər bir ailənin, hər bir vətəndaşın qəlbində dərin iz buraxmışdı. 2020-ci ildə başlayan Vətən müharibəsi isə xalqımızın birliyini, dövlətimizin gücünü və ordumuzun qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Ordusu işğal altındakı torpaqları bir-bir azad edərək tarixi ədaləti bərpa etdi.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində Azərbaycanın suverenliyi tam təmin olundu və Xocalı da daxil olmaqla bütün ərazilərimiz üzərində dövlət nəzarəti bərpa edildi. Bu hadisə yalnız hərbi uğur deyil, həm də mənəvi zəfər idi. Çünki Xocalının azad olunması şəhidlərimizin ruhuna verilən ən böyük dəyər, ədalətin gec də olsa bərqərar olması deməkdir.
Bu gün Xocalıda Azərbaycan bayrağının dalğalanması hər birimizin qəlbini qürurla doldurur. İndi həmin torpaqlarda yenidən həyat qurulur, yollar çəkilir, evlər tikilir, doğma yurd həsrəti ilə yaşayan insanlar geri qayıtmağa hazırlaşır. Dağıdılmış şəhər yenidən dirçəlir və bu dirçəliş xalqımızın gücünün, birliyinin nəticəsidir.
Xocalı soyqırımı bizim qan yaddaşımızdır. Biz o faciəni heç vaxt unutmayacağıq. Amma eyni zamanda biz yalnız kədər içində yaşamırıq – biz zəfərlə, ümidlə və gələcəyə inamla yaşayırıq. Xocalı həm ağrımızdır, həm də qürurumuz. Çünki bu şəhər artıq yalnız faciənin deyil, həm də qələbənin və ədalətin simvoluna çevrilmişdir. Artıq Xocalının hər bir qarışında Azərbaycan vətəndaşı, keşiyində məğrur Azərbaycan əsgəri durur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsi və əvəzolunmaz siyasəti ilə qəhrəman igidlərimizin şücaətinin vəhdətində bugün Xocanlının timsalında işğaldan azad edilmiş bütün ərazilərimiz bizim qürur simvolumuzdur!
Sona Əsədova
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

