Vəhşiliyin görünməmiş təzahürü
25.02.2026 [22:29]
Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan, qədim və zəngin dövlətçilik tarixinə malik olan xalqımıza qarşı tarixin müxtəlif dönəmlərində kütləvi qırğınlar və soyqırımlar törədilmiş, deportasiyalar həyata keçirilmişdir. Bu hadisələrdən ən dəhşətlisi isə xüsusi amansızlığına görə seçilən Xocalı soyqırımıdır. Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Respublika Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”. “Xocalıya ədalət!” tələbimiz tam haqlı idi. Bu ədaləti döyüş meydanında təmin etdik.” Xocalı soyqırımı uzun illər Azərbaycan üçün təkcə milli faciə deyil, eyni zamanda beynəlxalq sistemin ədalətsizliyi, haqsızlığı olmuşdur.
1992-ci ilin soyuq, qarlı fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı törədilmişdir ki, illər ötsə belə xalq olaraq bu faciəni heç vaxt unutmadıq. O dəhşətli gecədə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Yaşanmış faciəni bu gün də kino lenti kimi göz önündə canlandırmaq elə də çətin deyil. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Bu tarixi Qələbə yalnız hərbi-siyasi nailiyyət deyil, eyni zamanda 30 ilə yaxın həsrətində olduğumuz ədalətin bərpası idi. Xocalı qurbanlarının qanı yerdə qalmadı və xalqımızın ləyaqəti bərpa olundu.
Tarixi qələbədən sonra Prezident İlham Əliyevin Xocalıya səfəri xüsusi rəmzi məna daşıyırdı. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə, o cümlədən Xocalıya gəlişi, burada Azərbaycan bayrağını ucaltması milli qürur və ədalətin təntənəsinin ifadəsi idi. Bu səfər təkcə siyasi hadisə deyil, həm də mənəvi zəfərin təcəssümü oldu. Xocalıda aparılan bərpa və yenidənqurma işləri, infrastruktur layihələri, yaşayış evlərinin tikintisi göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarını doğma torpaqlarına qaytarmaqda qətiyyətlidir.
İndi Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəliş və ümid rəmzidir. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, məktəblər, yollar, sosial obyektlər inşa olunur. Prezident İlham Əliyevin Xocalıya səfəri zamanı verdiyi mesaj aydın idi: Azərbaycan öz tarixi torpaqlarında əbədi yaşayacaq və belə faciələrin bir daha təkrarlanmaması üçün güclü dövlət quruculuğunu davam etdirəcək.
Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Bu faciə həm kədər, həm də milli birliyimizin, mübarizə əzmimizin simvoludur. Qələbədən sonra Xocalıya edilən səfər isə göstərdi ki, zaman keçsə də, ədalət gec-tez zəfər çalır. Xocalıdan başlayan ağrı dolu əzablı yol bu gün Zəfərlə davam edir və Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etməyin qürurunu yaşayır.
İllər ötəcək, nəsillər dəyişəcək, amma qan yaddaşımız olan Xocalı faciəsi heç zaman unudulmayacaqdır.
İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

