Xocalı Memorial Kompleksi: Ali ehtiramın təzahürü
27.02.2026 [17:15]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan Xocalı Memorial Kompleksi xalqımızın kədərinin olduğu kimi sarsılmaz iradəsinin də rəmzidir. Ölkəmizin Prezidenti, Qalib Liderimiz cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın fevralın 26-da Xocalı şəhərində açılışında iştirak etdikləri Xocalı Soyqırımı Memorial Kompleksin açılışı ölkə həyatında mühüm ictimai-siyasi hadisə kimi tarixə yazıldı.
Təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunan Memorial kompleksinin memarlıq üslubu dərin simvolik məna daşıyır. Abidənin kompozisiyası faciənin ağrısını, eyni zamanda xalqımızın əyilməz ruhunu ifadə edir. Kompleks ərazisində soyqırımı qurbanlarının xatirəsini yaşadan elementlər, xatirə lövhələri və ziyarət məkanı həm anım mərasimlərinin keçirildiyi, həm də gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırıldığı mühüm ünvan kimi fəaliyyət göstərəcək.
Xocalı Memorial Kompleksinin açılış mərasimində Prezident cənab İlham Əliyev Xocalı soyqırımının xalqımızın tarixində ən ağır faciələrdən biri olduğunu vurğulayaraq, bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir və onun unudulmaması hər bir azərbaycanlının mənəvi borcudur.
Azərbaycanın güclənən dövlət kimi öz tarixi həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində apardığı məqsədyönlü siyasətdən də bəhs edən dövlət başçısı qeyd edib ki, memorialın inşası şəhidlərin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir. Ölkə Prezidenti eyni zamanda, Xocalı qurbanlarının xatirəsinin daim uca tutulacağını, onların qanının yerdə qalmadığını və tarixi ədalətin bərpa olunduğunu xüsusi olaraq qeyd etdi.
“Xocalı Memorial Kompleksi həm anım yeri, həm də milli yaddaşın qorunduğu müqəddəs məkan kimi gələcək nəsillərə xidmət edəcəkdir” deyə vurğulayan Prezident cənab İlham Əliyev onu da qeyd edib ki, bu gün bu Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Çünki mən bunu iki il bundan əvvəl təməlqoyma mərasimində demişdim. Xocalılılarla birlikdə bu kompleksin təməlini qoyduq. O vaxt demişdim ki, Heydər Əliyev Fondu tərəfindən bu layihə çoxdan hazır idi, bax necə var, necə tikilib, elə də nəzərdə tutulmuşdu, Bakıda yer də seçilmişdi və artıq mənim son qərarım lazım idi ki, biz bunun inşasına başlayaq. Məni hər dəfə nə isə bundan çəkindirirdi. Sonra başa düşdüm o nə idi. O da inam idi ki, gün gələcək və bu Memorial Kompleksi biz Xocalıda quracağıq və belə də oldu. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.
Xocalı memorial kompleksinin inşasını şəhidlərin əziz xatirəsinə göstərilən ali ehtiramın təzahürü, tarixi ədalətin beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan ardıcıl siyasətin bariz nümunəsi idi. Bu abidə gələcək nəsillərə ötürülən bir mesaj oldu: xalqımız yaşadığı faciələri unutmur, lakin hər zaman sülhə, ədalətə və humanizmə çağırış edir.
Bu gün Xocalı Memorial Kompleksi yalnız bir xatirə məkanı deyil, həm də milli birlik və həmrəyliyimizin rəmzidir. Bura gələn hər bir insan faciə qurbanlarının ruhuna ehtiramını bildirir və tariximizin bu qanlı səhifəsini unutmamağın vacibliyini bir daha dərk edir.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

