Xocalı Soyqırımı Memorialının açılışı - Tarixin dərsi və ədalətin təcəssümü
02.03.2026 [11:58]
Xocalı Soyqırımı Memorialı Cənab Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə ucaldılan Xocalı Soyqırımı Memorialı xalqımızın ağrısının, eyni zamanda qürur və mübarizə ruhunun rəmzidir. Memorial Kompleksi təkcə bir abidə deyil, həm də milli yaddaş məkanıdır. Onun memarlıq quruluşu faciənin ağrısını, insan iztirabını və eyni zamanda xalqımızın sarsılmaz iradəsini əks etdirir. Buraya gələn hər bir ziyarətçi şəhidlərin xatirəsi qarşısında baş əyir, tariximizin acı səhifəsini bir daha xatırlayır və vətən sevgisinin nə qədər müqəddəs olduğunu anlayır.
Memorialın açılışı xüsusi təntənə ilə keçirilmiş və dövlət rəhbərliyinin iştirakı ilə yadda qalan bir hadisəyə çevrilmişdir. Açılış mərasimində çıxış edən rəsmilər Xocalı qurbanlarının əziz xatirəsinin daim uca tutulacağını, faciənin heç vaxt unudulmayacağını vurğulamışlar. Bildirilmişdir ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Açılış mərasimi həm də tarixi ədalətin bərpası fonunda xüsusi məna daşıyır. Artıq azad edilmiş torpaqlarda belə memorialların ucaldılması xalqımızın qürurunun və qələbə ruhunun göstəricisidir. Bu, şəhidlərimizin ruhuna verilən ən böyük dəyər və ehtiramdır.
Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmış Xocalı faciəsi hər zaman milli hüzn və qürur hissi ilə yad edilir. Cənab Prezidentin Xocalı Soyqırımı Memorialının açılış mərasimində etdiyi çıxış isə bu tarixi həqiqətin bir daha dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. Bu çıxış təkcə bir anım nitqi deyil, həm də ədalətin, milli birliyin və gələcəyə inamın ifadəsi idi.
Cənab Prezident çıxışında vurğuladı ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci ilin fevralında dinc əhaliyə qarşı həyata keçirilmiş bu qətliam insanlığa qarşı yönəlmiş vəhşilik aktı kimi tarixə düşmüşdür. Dövlət başçısı bildirdi ki, bu faciə heç vaxt unudulmayacaq və Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Memorialın açılışı həm də tarixi ədalətin bərpasının rəmzi kimi qiymətləndirildi. Cənab Prezident qeyd etdi ki, Azərbaycan xalqı öz torpaqlarını azad etməklə şəhidlərin qisasını döyüş meydanında aldı və onların ruhu qarşısında borcunu yerinə yetirdi. Bu gün azad edilmiş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması xalqımızın iradəsinin, birliyinin və gücünün göstəricisidir.
Xocalı Soyqırımı Memorialı Azərbaycan xalqının milli kimliyinin və tarixə sədaqətinin ifadəsidir. Bu abidə gələcək nəsillərə bir dərs, bir çağırış və bir and yeridir. Tariximizi unutmayaq, şəhidlərimizi unutmayaq və ədalət uğrunda mübarizəmizi davam etdirək.
Sona Əsədova
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

