YAP Kəlbəcər rayon təşkilatının qərargahında görüş keçirilib
03.03.2026 [14:24]
Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının qərargahında partiyanın fəaliyyətində səmərəli xidmətləri ilə seçilən Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbinin direktoru, ƏPT-nin sədri Arzuman Qarayevlə görüş keçirilib.
Görüşdə Kəlbəcər rayon təşkilatının sədri Həbib Müsurov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, rayon həmkarlar komitəsinin sədri Əli Bağırov, ETİHK Kəlbəcər rayon komitəsinin müdiri Şəlalə Məmmədova, Gənclər və idman sektorunun müdiri Musa Məmmədov, ziyalılardan Əhliman Qarayev və Möhübbət Qarayev, ETİHK Kəlbəcər rayon komitəsinin mütəxəssisi Zahid Kazımov, mühasibi Mənzər İsmayılova, Göygöl rayon 4 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nərgiz Əmiraslanova, Göygöl rayon təhsil sektorunun məsul əməkdaşı Qabil Misirov, məktəb direktorları Əlizamin Qarayev, Nazim Orucov, Fazil Kamalov, “Kəlbəcər harayı” qəzetinin redaktoru Zahid Muxtar, əməkdaşı Köçəri Orucoğlu, Statistika idarəsinin məsul əməkdaşı Ədalət Hacıyev, Raqif Səmədov, Əli Alışanov və Bəylər Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edənlər Arzuman Qarayevin uzun illər ərzində rayonun ictimai-siyasi həyatında, təhsilin inkişafında və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində göstərdiyi xidmətlərdən geniş bəhs ediblər. Qeyd olunub ki, 1960-cı ildə Kəlbəcər rayonunda anadan olan Arzuman Qarayev əmək fəaliyyətinə 1977-ci ildə “Yenilik” qəzetində başlayıb. 1979–1981-ci illərdə hərbi xidmətdə olub, 1984-cü ildən isə müəllimlik fəaliyyətinə Kəlbəcər rayonu Orta Qaraçanlı kənd orta məktəbində başlayıb. Onun pedaqoji fəaliyyəti 40 ildən artıqdır davam edir.
1986-cı ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini, 1991-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. Müxtəlif illərdə komsomol və partiya orqanlarında, eləcə də Əmək və Əhalinin Məşğulluq Mərkəzlərində rəhbər vəzifələrdə çalışıb, 1997–2005-ci illərdə özəl sektorda fəaliyyət göstərib.
2008–2011-ci illərdə Kəlbəcər rayon 119 saylı tam orta məktəbdə müəllim işləyib, 2011-ci ildən etibarən isə Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbinin direktoru vəzifəsini icra edir. Çıxış edənlər bildiriblər ki, Arzuman Qarayev müxtəlif məsul vəzifələrdə çalışdığı dövrlərdə rayonun inkişafına töhfələr verib, ziyalı mövqeyi ilə daim nümunə olub.Vurğulanıb ki, Arzuman Qarayev pedaqoq kimi gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayıb. O, həmçinin
Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliğində və dövlətçilik prinsiplərinin yaşadılmasında fəal mövqe nümayiş etdirib, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlara daim dəstək verib.
Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması və Böyük Qayıdış proqramının icrası nəticəsində doğma Kəlbəcərdə həyat yenidən canlanır, köç prosesi davam edir, təhsil və sosial infrastruktur bərpa olunur.Rayon ziyalıları və tədbir iştirakçıları Arzuman Qarayev haqqında xatirələrini bölüşərək onun rayonun ictimai həyatında oynadığı rolu yüksək qiymətləndirib, ona möhkəm can sağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.Çıxışının sonunda Arzuman Qarayev göstərilən diqqət və xoş sözlərə görə təşəkkürünü bildirib, fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətə və xalqa xidmət etməyi özünün əsas vəzifəsi hesab etdiyini vurğulayıb. O qeyd edib ki, işğaldan azad olunmuş Kəlbəcərdə aparılan quruculuq işləri, təhsilin bərpası və insanların doğma yurdlarına qayıdışı hər bir kəlbəcərlidə böyük qürur hissi yaradır.Sonda partiyanın fəaliyyətində fəal iştirakına görə Arzuman Qarayev YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

