Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu da oynayır
05.03.2026 [17:42]
2010- cu illərin ortalarından başlayan enerji böhranları, müharibələr, təchizat zəncirinin qırılması, siyasi qarşıdurmalar bohranlar yaratmaqla dünya iqtisadiyyatının dəfələrlə sarsitdı. Belə bir şəraitdə enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Məhz buna görə də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları sadəcə illik toplantı yox, enerji təhlükəsizliyi üzrə beynəlxalq dialoqun mühüm mərkəzinə çevrilib.
Boru kəmərləri vasitəsilə dünyanın ən çox ölkəsinə qaz tədarük edən dövlət kimi ölkəmiz qlobal enerji bazarında özünəməxsus mövqeyə sahibdir. Bu, ardıcıl siyasətin, infrastruktur yatırımlarının və etibarlı tərəfdaş imicinin məntiqi nəticəsidir. Üstəlik, qaz təchizatının coğrafiyası artıq Avropa sərhədlərini aşaraq Suriyaya qədər uzanıb. 1,5 milyard kubmetr həcmində qazın Suriyaya nəqli yalnız iqtisadi addım deyil, həm də humanitar məsuliyyətin ifadəsidir – elektrik qıtlığından əziyyət çəkən bir ölkəyə real dəstəkdir.
Ölkəmizin dayanıqlı inkişafının təməlini qoyan möhtərəm Prezidentimiz bu tədbirdə qeyd etdi ki, son illərdə dünyada baş verən mürəkkəb geosiyasi proseslər enerji təhlükəsizliyinin təmin edilməsində dövlətlər arasında dialoq və birgə qərarların nə qədər vacib olduğunu aydın şəkildə göstərir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının fəaliyyəti də məhz bu məqsədə xidmət edir. Artıq on ildən çoxdur ki, bu platforma çərçivəsində tərəfdaş ölkələr enerji sahəsində görülən işləri qiymətləndirir, qarşıda duran çağırışları müzakirə edir və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirirlər.
Dövlət başçısı vurğulayıb ki, son 12 ildə region və dünya müxtəlif çətinliklərlə üzləşsə də, Azərbaycan və tərəfdaşları enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verərək bir sıra ölkələr üçün etibarlı enerji mənbəyi rolunu uğurla yerinə yetirib. Prezidentimiz bildirib ki, Azərbaycanın qaz təchizatı coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Əgər əvvəlki dövrdə Azərbaycan qazı 12 ölkəyə tədarük edilirdisə, hazırda bu göstərici 16 ölkəyə çatıb. Bu, Azərbaycanı boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birinci mövqeyə çıxarıb.Tədbirdə Prezident İlham Əliyev həmçinin qeyd edib ki, qaz təchizatının genişləndirilməsi ilə bağlı planlar ardıcıl şəkildə həyata keçirilir və artıq Azərbaycanın enerji ixracı Avropa hüdudlarından kənara da yayılmağa başlayıb.
Avropa istiqamətində isə yeni mərhələ başlanıb. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması ilə Avropa İttifaqının 10 üzv dövləti artıq ölkəmizlə enerji əməkdaşlığında iştirak edir və Avropa istiqamətində yeni mərhələyə başlanılıb. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun açıq göstəricisidir. Artan tələbat mövcud infrastrukturun genişləndirilməsini zəruri etdiyindən Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işləyir. Yeni hasilat mərhələləri gələcəkdə əlavə 10-15 milyard kubmetr qaz deməkdir. Bu isə yeni bazarlar, yeni interkonnektorlar və daha geniş qazpaylama şəbəkəsi tələb edir.
Möhtərəm Prezidentimizin ölkəmizi dünyanın inkişaf etmiş ölkələri sırasına aparan enerji strategiyası yalnız qazla məhdudlaşmır. Yaşıl gündəlik artıq real layihələrə çevrilib. Regionun ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyasının açılışı, 230 meqavatlıq günəş elektrik stansiyasının istismara verilməsi və icra mərhələsində olan digər layihələr göstərir ki, ölkə paralel olaraq bərpaolunan enerji potensialını sürətlə artırır.
2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisi əldə etmək planı real müqavilələrə əsaslanır. Bu enerji ixrac potensialı yaratmaqla, daxili istehlakda təbii qazı əvəz edərək əlavə ixrac imkanları açaraq kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri və sənayenin artan tələbatı üçün möhkəm enerji bazası formalaşdıracaqdır.
Eyni zamanda, Azərbaycan etibarlı tranzit ölkə kimi rolunu gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin nəqli, Xəzərin şərq sahillərindən əlavə həcmlərin qəbuluna hazır infrastruktur, Türkiyədə və Serbiyada elektrik stansiyalarına yatırımlar, Aralıq və Egey hövzəsində ümumilikdə 22 milyon tonluq neftayırma potensialı – bütün bunlar ölkənin enerji zəncirinin müxtəlif həlqələrində mövcudluğunu genişləndirir.
Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil. O, enerji təhlükəsizliyinin memarlarından birinə çevrilir. On ildən artıqdır davam edən bu yol sübut edir ki, birlikdə müzakirə və ortaq maraqlar əsasında atılan addımlar ən çətin dövrlərdə belə dayanıqlılığı təmin edir. Bütün bunlar isə ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın iqtisadiyyatının daha da yüksəldilməsində önəmli rola malikdir.
Rauf Hüseynov
YAP Culfa rayon təşkilatının fəalı, Culfa şəhər 2№-li tam orta məktəbi ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

