Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artır
06.03.2026 [18:26]
Bütün dünyada qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Bayramı da 1857-ci ildə Nyu-Yorkda 12 saatlıq iş gününə etirazı ilə başlanan qadınların hərəkatının tarixi ilə bağlıdır. Onların öz hüquqları üçün başladıqları mübarizə 1910-cu ildə alman sosialist qadın Klara Setkinin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olması ilə nəticələnib. 1977-ci ildə isə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da həmişə geniş qeyd edilir və xüsusi bir təntənə ilə keçirilir. ölkəmizin daxil olduğu keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü 1965-ci ildən istirahət günü elan olunub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da 8 Mart ölkəmizdə qeyri-iş günüdür. Beləliklə, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın və Ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.
Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısıdır və proses davam edir. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanın icrası nəticəsində qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi getdikcə yüksələn xətt üzrə inkişaf edir.
Ümummilli Lider Heydər Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır, çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artmasına dəyərli töhfələr verdi. Bu gün çoxşaxəli fəaliyyəti ilə ölkə və dünya qadınlarına nümunə olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Birinci xanımın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri Azərbaycana yeni dostlar qazandırır. Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəniyyət diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada ölkəmizin təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olmasının bariz nümunəsidir.
Bu gün qadınların siyasi, sosial və iqtisadi sahələrdə artan fəallığı göstərir ki, həyata keçirilən siyasət real nəticələr verir. Hesab edirəm ki, bu istiqamətdə davamlı tədbirlər və maarifləndirmə işi ölkəmizdə gender bərabərliyinin daha da möhkəmlənməsinə və qadınların cəmiyyət həyatında rolunun daha da artmasına xidmət edəcəkdir.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatı əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53

