Şəhid Nicat Atayevin xatirəsinə həsr olunmuş SAVAT Assault turniri keçirilib
16.03.2026 [14:14]
15 mart 2026-cı il tarixində Ramana İdman Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Azərbaycan Savate Federasiyasının rəhbərliyi və Sahib Döyüş Klubunun təşkilatçılığı ilə şəhidimiz Atayev Nicat Habil oğlunun əziz xatirəsinə həsr olunmuş Savate Assault idman növü üzrə 150 idmançı və 14 klubun iştirakı ilə Açıq Turnir keçirilmişdir.Tədbirdə Savat Federasiyasının prezidenti, əməkdar idman ustası Rafiq Əliyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhidimizin atası, I Qarabağ müharibəsi veteranı, istefada olan polis mayoru Habil Atayev, Azərbaycan Savat Federasiyasının baş katibi, Sahib Döyüş Klubunun direktoru Həsən Əliyev, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Savat Federasiyasının prezidenti Rafiq Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, həmçinin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açaraq qeyd edib ki, bu möhtəşəm Zəfər xalqımızın birliyi və qəhrəman oğullarımızın şücaəti və xalqımızın birliyi sayəsində əldə olunub.
Rafiq Əliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasəti bu gün Prezident, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə beynəlxalq idman yarışları keçirilir, Azərbaycan idmançıları isə dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr qazanaraq bayrağımızı ucaldırlar.
Çıxış zamanı şəhidimizin atası Nicat Habil Atayev də söz alaraq tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, Vətən müharibəsində qazanılan tarixi Qələbədən qürurla danışaraq dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.
Daha sonra YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi, xalqımızın parçalanmaq təhlükəsindən xilas edilməsi istiqamətində gördüyü böyük işlərdən bəhs edib. Qeyd olunub ki, bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, 2023-cü ildə isə Xankəndi və digər ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edilib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Artıq Kəlbəcərdə həyat yenidən canlanır, məktəblər fəaliyyətə başlayır, yaşayış və sosial obyektlər tikilir.
Qeyd edilib ki, işğaldan azad olunmuş rayonlarda yeni idman meydançaları və idman zalları da inşa olunur. Bu isə ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin daha bir bariz nümunəsidir. Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurla çıxış edərək üçrəngli bayrağımızı daim yüksəklərə qaldırırlar. Tədbirin yekununda Federasiyanın prezidenti, əməkdar idman ustası Rafiq Əliyev tərəfindən şəhidimizin atasına fəxri fərman təqdim olunub. Həmçinin idman klubları arasında keçirilən yarışda fərqlənən idmançılar mükafatlandırılıb, I, II və III yerləri tutan idmançılara medallar və fəxri fərmanlar təqdim edilib. Qeyd edək ki, Şəhid Nicat Habil oğlu Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Atası polis mayoru Habil Atayev Qarabağ müharibəsinin veteranıdır.
Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Atayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nicat Atayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” “ Xocavəndin azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilibdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

