Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

15.04.2026 [20:21]

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar yığıncaq keçirilib.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov, Daşkəsən Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatının sədri Mirzəkərim Tağıyev və digər partiya üzvləri iştirak ediblər.
Natiqlər çıxışlarında Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan geniş bəhs ediblər. Qeyd olunub ki, öz həyatını tibb elminin inkişafına həsr edən görkəmli alim Zərifə Əliyeva oftalmologiya sahəsində, xüsusilə göz xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində mühüm elmi nailiyyətlər əldə etmiş, bu sahənin inkişafına dəyərli töhfələr vermişdir. Böyük şəxsiyyət və istedadlı həkim kimi tanınan Zərifə xanım uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc mütəxəssislərin yetişdirilməsində və kadr potensialının formalaşmasında fəal iştirak etmişdir. Onun elmi tədqiqatları, praktik fəaliyyəti və tədris sahəsindəki xidmətləri tibb elminin inkişafında xüsusi yer tutur. Zərifə Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaqdır.

Paylaş:
Baxılıb: 382 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31