“Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib
24.04.2026 [13:01]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Ağdam rayonunun Dörd Yol qəsəbəsində yerləşən Ağdam rayonu Birinci Dördyol qəsəbə tam orta ümumtəhsil məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev müasir Azərbaycanın memarıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Yaşar Quliyev və məktəbin pedaqoji kollektivi iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edib. Bildirib ki, müstəsna xidmətləri ilə Azərbaycan tarixində əbədi iz qoyan Ulu Öndər xalqımızın yaddaşında böyük dövlət xadimi və uzaqgörən lider kimi yaşayır. Onun həyat yolu Vətənə sədaqətin, xalqa xidmətin və dövlətçilik prinsiplərinə bağlılığın parlaq nümunəsidir. Qeyd edib ki, 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə siyasi sabitliyi təmin etmiş, dövlətçiliyimizi qorumuş və müasir Azərbaycanın möhkəm təməllərini formalaşdırmışdır.
Sədr Həbib Misirov vurğulayıb ki, müasir dövlətçilik tariximiz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, torpaqlarımız işğaldan azad edilmişdir. Həmçinin keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunmuşdur. Bununla da cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirmişdir.
Sədr Həbib Misirov bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, əhali doğma torpaqlarına qayıdır.
Məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Yaşar Quliyev, müəllimlər- Yaqut Osmanova, Xaləddin Hüseyinov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən danışıblar.
Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə müasir məktəblər və təhsil kompleksləri tikilərək istifadəyə verilir, həmin bölgələrdə təhsil həyatı yenidən canlanır.
Qeyd olunub ki, təhsilimizə
göstərilən diqqət və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Tədbir çərçivəsində çıxış edənlər qeyd ediblər ki, Azərbaycan bu gün gələcəyə inamla, yeni zəfərlərlə addımlayır və əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Bildirilib ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin zəngin və şərəfli həyat fəaliyyətinin ən möhtəşəm bəhrəsidir. Xalqımız dahi şəxsiyyətin əziz xatirəsini daim uca tutur və onun ideyalarını yaşadır. Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir, ölkəmiz yeni uğurlara imza ataraq tarixinin daha parlaq səhifələrini yazır.
Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fərqlənən bir qrup fəal üzvə fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

