Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər
04.05.2026 [14:12]
Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən mühüm mesajdır. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çex Respublikasının Baş naziri Andrey Babişlə keçirilən görüşlərdə də ikitərəfli əlaqələrin inkişafı, qarşıda duran əsas vəzifələr geniş şəkildə müzakirə edilib.
Siyasi münasibətlər baxımından Azərbaycan ilə Çexiya arasında dialoq yüksək səviyyədə qurulmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə təsis edilmiş və bu müddət ərzində qarşılıqlı səfərlər, hökumətlərarası komissiyaların fəaliyyəti və parlamentlərarası əlaqələr mühüm rol oynamışdır. Azərbaycanın Milli Məclisi ilə Çexiya parlamenti arasında əməkdaşlıq çərçivəsində dostluq qrupları fəaliyyət göstərir ki, bu da qanunverici orqanlar arasında təcrübə mübadiləsinə və siyasi dialoqun dərinləşməsinə şərait yaradır.
Səfər çərçivəsində aparılan yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və keçirilən görüşlər Azərbaycan ilə Çex Respublikası arasında əməkdaşlığın müxtəlif sahələr üzrə genişləndirilməsinə yönəlib. İki lider arasında baş tutan görüşlərdə münasibətlərin mövcud vəziyyətini yüksək qiymətləndirilib, qarşılıqlı etimada əsaslanan siyasi dialoqun davamlı xarakter daşıdığını vurğulanıb. Həmçinin görüşlər zamanı beynəlxalq və regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edilib.
İki ölkə arasında iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi bu əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Enerji sahəsində əməkdaşlıq müzakirələrin mühüm hissəsini təşkil edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd edilib, ölkənin zəngin enerji resursları və tranzit imkanlarının Avropa bazarları üçün əhəmiyyəti vurğulanıb. Bu kontekstdə enerji resurslarının şaxələndirilməsi və dayanıqlı enerji layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub. Həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi və texnoloji əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.
Azərbaycan ilə Çex Respublikası arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir. Azərbaycanın regionda mühüm tranzit mərkəzi kimi rolu nəzərə alınaraq, Çexiyanın bu imkanlardan istifadə perspektivləri müzakirə olunub. Xüsusilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların artırılması və logistika infrastrukturunun təkmilləşdirilməsi məsələləri üzrə konkret təşəbbüslər irəli sürülüb.
Ticarət dövriyyəsi illər üzrə dəyişkən olsa da, ümumilikdə müsbət dinamika nümayiş etdirir. Azərbaycan Çexiyaya əsasən xam neft və enerji məhsulları ixrac edir, əvəzində isə Çexiyadan sənaye avadanlıqları, texnologiyalar və müxtəlif istehlak məhsulları idxal olunur. Bu qarşılıqlı iqtisadi əlaqələr hər iki ölkənin iqtisadiyyatlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Çexiya Baş nazirinin Azərbaycana səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Bu proseslər Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.
Bütün bunlar Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyən edilmiş istiqamətlər qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənəcəyinə əsas verir.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

