“Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və memarı” mövzusunda tədbir keçirilib
05.05.2026 [13:41]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 34 nömrəli orta məktəbdə “Memarlıq və şəhərsalma ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və memarı” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Elnarə Şükürova və pedaqoji kollektiv iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edib, ölkədə sabitliyi təmin edib, vətəndaş müharibəsinin qarşısını alaraq müasir Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasına nail olub. Onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olub.Vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarını işğaldan azad edib. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, infrastruktur yenidən qurulur, yeni məktəblər tikilərək istifadəyə verilir və Böyük Qayıdış proqramı çərçivəsində əhalinin doğma yurdlarına qayıdışı təmin olunur.
Tədbirdə çıxış edən məktəbin direktoru, Ərazi Partiya təşkilatının sədri Elnarə Şükürova, eləcə də tarix müəllimi Zabil Əbilov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında, milli təhsilin inkişafında göstərdiyi mühüm xidmətlərdən bəhs ediblər. Onlar qeyd ediblər ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.Çıxışlarda ölkəmizdə aparılan uğurlu siyasət nəticəsində əldə olunan nailiyyətlərdən, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsindən və Azərbaycanın beynəlxalq nüfuzunun artmasından geniş bəhs olunub.
Çıxış edənlər bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, torpaqlarımızın işğaldan azad olunmasında şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan, dövlət suverenliyimizin tam bərpasından geniş bəhs etdilər. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması, əhalinin doğma yurdlarına köçü və həmin bölgələrdə təhsil həyatının yenidən canlanması barədə ətraflı məlumat verildi.Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində fəal iştirak edən bir qrup üzv isə fəxri fərmanlarla təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19

