YAP İsmayıllı rayon təşkilatında növbəti “dəyirmi masa” keçirilib
27.12.2013 [09:16]
Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı “Prezident İlham Əliyevin 10 illik möhtəşəm zəfərləri Heydər Əliyev siyasətinin möhtəşəm və parlaq təntənəsidir” mövzusunda “dəyirmi masa” keçirib. Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 2003-2013-cü illər ölkəmizin tarixi salnaməsinə hərtərəfli və sürətli inkişaf dövrü kimi qızıl hərflərlə yazılıb. Bu yüksəliş məhz Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın dinamik inkişaf strategiyasının, daxili və xarici siyasət kursunun uğurlu davamı sayəsində mümkün olub: “Son illərdəki inkişafın təhlili göstərir ki, respublikada bütün sahələrdə makroiqtisadi göstəricilər durmadan yüksəlib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bütün proqram və çoxşaxəli layihələr müvəffəqiyyətlə icra olunub. Əhalini ən çox düşündürən problemlərin həllinə xüsusi diqqət yetirilib, bu baxımdan, qeyri-neft sektorunu, ən başlıcası isə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə, kənd təsərrüfatının sürətli inkişafı üçün dövlət dəstəyi gücləndirilib. Bu istiqamətdə Azərbaycan öz tələbatını özü təmin etməyə qadir olan güclü bir dövlətə çevrilməkdədir”.
Vurğulanıb ki, bu ilin fevral ayında “Azərspace-1” ilk Azərbaycan peykinin fəzaya buraxılması, Azərbaycanın kosmos məkanına daxil olması, informasiya və kommunikasiya texnologiyalarının prioritet sahəyə çevrilməsindən xəbər verir. Bu da ölkə iqtisadiyyatında ən mühüm sahə olan neft sektorundan sonra ikinci gəlir gətirən sahə olacaq.
Bundan başqa, “dəyirmi masa”da qeyd edilib ki, 2013-cü ilin dekabr ayının 17-də dövlət başçısının iştirakı ilə Bakıda dünyanın nəhəng layihələrindən biri olan “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan dövlətinin mühüm əhəmiyyətli tərəfdaş olduğunun daha bir sübutudur.
Tədbirdə eyni zamanda Telekommunikasiya qovşağının rəisi Elxan Əliyev, qovşağın işçiləri Ramiz Kazımov, Sahib Zeynalov çıxış edərək ölkəmizin uğurlu inkişafının dünya miqyasında tanıdılmasında, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin geniş miqyasda təbliğ olunmasında, sivil cəmiyyətlərə inteqrasiyasında Prezident İlham Əliyevin xidmətlərindən danışıblar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17

