WUF13 dünya mediasının diqqətində...
20.05.2026 [12:41]
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) dünya mediasının diqqət mərkəzindədir. Çinin nüfuzlu “China Daily” nəşrində “Şanxay Mükafatı Azərbaycanda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda təqdim olunub” sərlövhəli materialında qeyd olunur ki, şəhərlərdə davamlı inkişaf üzrə Qlobal Mükafat və ya Şanxay Mükafatı Azərbaycanın Bakı şəhərində keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumunda qlobal nailiyyətləri, innovativ təcrübələri və davamlı şəhər inkişafı üçün əməkdaşlıq baxışlarını vurğulayan bir sıra tədbirlər və sərgilər vasitəsilə təqdim olunur.
“The Europe Today” nəşrinin “Azərbaycan qlobal şəhər inkişafı vizyonunu nümayiş etdirir: Bakıda rekord qıran WUF13 tədbiri keçirilir” sərlövhəli məqaləsində Azərbaycan paytaxtının ev sahibliyi etdiyi forumun əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, genişmiqyaslı beynəlxalq toplantı getdikcə qlobal dialoq, beynəlxalq əməkdaşlıq və əsas mədəni və idman tədbirləri mərkəzinə çevrilən Azərbaycan üçün daha bir mühüm mərhələ kimi qəbul edilir. “WUF13-ün uğurlu təşkilini təmin etmək üçün Azərbaycan hakimiyyəti hazırlıqlara, infrastrukturun inkişafına, logistikaya, nəqliyyata, təhlükəsizliyə və beynəlxalq tərəfdaşlarla əlaqələndirməyə nəzarət etməkdən məsul olan xüsusi Təşkilat Komitəsi yaradıb. Rəsmilər bildiriblər ki, forumun Azərbaycanda keçirilməsi qərarı ölkənin əsas qlobal tədbirləri təşkil etmək qabiliyyətinə olan güclü beynəlxalq inamı və müasir şəhərsalma siyasətinin tanınmasını əks etdirir”, -deyə məqalədə vurğulanır.
Diqqətə çatdırılır ki, şəhərsalma və davamlı inkişaf Prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi gündəliyinin əsas strateji prioritetləri kimi müəyyən edilib. Hakimiyyət orqanları qeyd edib ki, müasir şəhər ekosistemlərini inkişaf etdirərkən memarlıq irsinin qorunması dövlət siyasətinin əsas sütunu olaraq qalır. Azərbaycanın 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi sektora verilən əhəmiyyəti bir daha vurğulayır.
Pakistanın DND media orqanı Bakıda keçirilən WUF13-ün qlobal və regional miqyasda aktuallığı və əhəmiyyəti barədə yazıb. Qeyd olunur ki, müasir şəhərsalma Prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas strateji prioritetlərindən biri kimi müəyyən edilib. Müasir urbanizasiyanın çağırışlarına cavab verən ekosistemlər qurarkən, memarlıq ənənələrinin qorunması dövlət siyasətinin əsas istiqamətini təşkil edir. 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə göstərilən yüksək diqqətin təzahürüdür.
“Nsuzivo”, “B92”, “NewsBalkans”, “Politika” nəşrləri, RTK və NİSTV telekanalları Serbiya Prezidentinin WUF13-də iştirakı, onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə müfəssəl məlumat verib. Qeyd olunub ki, Azərbaycan paytaxtının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumu Serbiya və digər Balkan ölkələri üçün xüsusi əhəmiyyətə malikdir. Materialda forumun ən yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.
Özbəkistanın rəsmi UZA agentliyi və “Daryo” nəşrində dərc olunan materiallarda bu ölkənin Prezidenti Şavkat Mirziyoyevin WUF13-də iştirakı və onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə geniş məlumat verilib. Həmçinin diqqətə çatdırılıb ki, foruma ev sahibliyi edən Azərbaycan WUF13-ü ölkənin davamlı inkişaf və şəhərsalmanın qlobal gündəliyindəki mövqeyini gücləndirmək üçün fürsət kimi görür.
Gürcüstanın “ipress”, “interpressnews” nəşrlərində dərc olunan məqalələrdə bu ölkənin Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirakı və onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə məlumat verilir. Həmçinin qeyd olunur ki, Bakıda aparılan müzakirələr Cənubi Qafqaz regionunda şəhərsalma üzrə təcrübə mübadiləsi və əməkdaşlıq nöqteyi-nəzərindən əhəmiyyətlidir.
“Euronews” telekanalının saytında dərc olunmuş “İran Bakıdakı urbanizasiya forumunda bərpa dəstəyinə çağırıb” sərlövhəli xəbərdə qeyd olunur ki, İranın mənzil nazirinin müavini müharibədə zərər çəkmiş 150 min evin yenidən qurulması üçün beynəlxalq dəstəyə çağırış etmək məqsədilə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda müraciətlə çıxış edib. Tehran rəsmisi nümayəndələrə fevral ayından bəri onlarla şəhər və qəsəbədə on minlərlə mənzilin zədələndiyini və ya dağıldığını bildirib.
Moldovanın “noi.md” portalında dərc olunan məqalədə Bakıdakı WUF13 tədbiri Moldova nümayəndələri üçün urbanizasiya sahəsində faydalı təcrübə mübadiləsi fürsəti olacaq. Materialda Azərbaycanın bu mötəbər forumu ən yüksək səviyyədə təşkil etdiyi vurğulanır.
Somalinin “YallaAfrica” nəşrində və “Shabelle” media şəbəkəsində dərc olunmuş məqalələrdə qeyd olunur ki, bu ölkənin nümayəndə heyətinə rəhbərlik edən ictimai işlər, yenidənqurma və mənzil naziri Əyyub İsmayıl Yusif Somali hökumətinin sabitliyi və davamlı artımı gücləndirmək səylərinin bir hissəsi olaraq mənzil, torpaq idarəçiliyi, iqlim uyğunlaşması və yerli iqtisadi inkişafı birləşdirən inteqrasiya olunmuş bir strategiya həyata keçirdiyini bildirib.
Bolqarıstanın BTA agentliyinin saytında bu ölkənin Prezidenti İliyana Yotovanın WUF13-də iştirakı və onun Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü barədə ətraflı məlumat verilib. Agentlik qeyd edib ki, Bolqarıstan Prezidenti hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirib.
“Vestnik Kavkaza” portalı WUF13-dən əvvəl keçirilən mətbuat konfransı haqqında məlumat verib. Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax forumun əhəmiyyətini qeyd edib, çünki qlobal mənzil böhranı qlobal ictimaiyyətdən koordinasiya və sürətli reaksiya tələb edir. O, bunun şəhər maliyyələşdirilməsi və idarəçiliyindəki struktur zəiflikləri əks etdirən qlobal, dünya miqyaslı bir problem olduğunu vurğulayıb.
“World News” erməni saytı isə “WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz təzahürüdür” sərlövhəli məqaləsində qeyd edir ki, müasir dünyada davamlı inkişaf, ekoloji tarazlıq və innovativ idarəetmə yaxşı planlaşdırılmış şəhərsalma siyasətlərinə əsaslanır. Bu gün müstəqil Azərbaycan təkcə beynəlxalq dialoq platformaları və əsas qlobal idman və mədəni tədbirlər üçün mərkəz deyil, həm də müasir urbanizasiya tendensiyalarının formalaşdığı strateji mərkəzə çevrilib. Bu kontekstdə, Bakının Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi ölkənin artan beynəlxalq nüfuzunun daha bir parlaq təzahürüdür.
“GBJ Journal” nəşri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) əhəmiyyəti haqqında ekspert rəylərini, həmçinin UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın fikirlərini dərc edib. Məqalədə Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlar da diqqətə çatdırılıb.
Suriyanın rəsmi SANA agentliyinin “Azərbaycan şəhərsalma üzrə təcrübə mübadiləsi və əməkdaşlıq məkanına çevrilib” sərlövhəli məqaləsində qeyd olunub ki, Bakıda aparılan müzakirələr və təcrübə mübadiləsi müharibədən çıxmış ölkələrin, o cümlədən Suriyanın həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin təşkili baxımından əhəmiyyətlidir.
“Svaziland News” nəşrində dərc olunan məqalədə Esvatini Kralı Əlahəzrət III Msvatinin başçılıq etdiyi nümayəndə heyətinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirakı barədə məlumat verilir. Qeyd olunur ki, Kralın Prezident İlham Əliyev ilə görüşündə bu tədbirdə 180-dən çox ölkənin nümayəndəsinin iştirak etdiyi bildirilib.
Qambiyanın “The Point”, Cənubi Afrika Respublikasının “Channel Africa”, “Central News”, Braziliyanın “El Termometro” nəşrləri də Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası haqqında müfəssəl məlumatlar dərc ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

