Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kambocalı QHT nümayəndəsi: WUF13 çox dəyərli platformadır

Kambocalı QHT nümayəndəsi: WUF13 çox dəyərli platformadır

20.05.2026 [15:19]

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək mənim üçün çox vacibdir. Çünki burada ölkələr bir-birinin təcrübəsini öyrənə bilirlər. Bura mənim üçün çox dəyərli bir platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Cənub-Şərqi Asiyadan - Kambocadan gələn qeyri-hökumət təşkilatının nümayəndəsi Saran Soeyunq deyib.

O bildirib ki, bu nüfuzlu beynəlxalq tədbirdə həm qeyri-hökumət təşkilatlarının şəhərlərlə bağlı mövqelərini, həm də dövlət qurumlarının fəaliyyətini öyrənmək imkanı var.

“Ümid edirəm ki, burada müzakirə olunan məsələlər real həyata tətbiq olunacaq və dayanıqlı mənzil və dayanıqlı icmaların yaranmasına kömək edəcək. Sürətli şəhər artımı nəticəsində əsas problemlərdən biri mənzil çatışmazlığıdır. Xüsusilə gecəqondularda insanlar çətin şəraitdə yaşayır və əlçatan mənzilə çıxışları olmur. İkinci əsas problem şəhər tullantılarının idarə olunmasıdır. Bir çox ölkələr bu problemlə üz-üzədir və bu vəziyyət iqlim dəyişikliyi və şəhərlərin böyüməsi ilə daha da çətinləşir. Bundan başqa, daşqınlar və infrastruktur problemləri də dünyada ciddi çağırış olaraq qalır”, - deyə o diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31