/ / Azərbaycanın müasir tarixinin mühüm bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı ilə sıx bağlıdır
Azərbaycanın müasir tarixinin mühüm bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı ilə sıx bağlıdır
20.05.2026 [12:44]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihə uğurla davam edir.
Layihənin ikinci günündə YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə “Heydər Əliyev və Azərbaycanda gender siyasəti” mövzusunda çıxış edərək, bildirib ki, Azərbaycanın müasir tarixinin mühüm bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olub. Son yarım əsrlik bir dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlarda Ulu Öndərin imzası vardır. Azərbaycanın müasir gender siyasətinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin zəhməti danılmazdır: “Ümummilli Liderin rəhbərliyi dövründə qadınların ictimai-siyasi həyatda iştirakının artırılması, gender bərabərliyinin təmin olunması və qadın hüquqlarının müdafiəsi istiqamətində bir sıra mühüm addımlar atılıb. Dahi rəhbər Heydər Əliyev qadınların cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirirdi. O, dəfələrlə çıxışlarında Azərbaycan qadınının ailədə, təhsildə, elm və mədəniyyətdə böyük xidmətlər göstərdiyini vurğulamışdır. Ulu Öndərin siyasətində qadınların dövlət idarəçiliyində və ictimai fəaliyyətlərdə fəal iştirakı xüsusi yer tuturdu. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövründə gender siyasətinin əsasları formalaşdırılıb, qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Bu siyasət sonrakı dövrlərdə də inkişaf etdirilərək Azərbaycanın sosial və siyasi həyatında mühüm yer tutub”.
“Heydər Əliyev və Azərbaycanın Aqrar siyasətində islahatlar” mövzusunda dinləyicilər qarşında çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov qeyd edib ki, xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayan Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövrdə Azərbaycanın kənd təsərrüfatı yeni, daha yüksək pilləyə qalxıb. Zəfər Qurbanov onu da xüsusi ilə diqqətə çatdırıb ki, Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafında kənd təsərrüfatının mühüm rol oynadığını daim vurğulayıb. Dahi şəxsiyyətin rəhbərliyi dövründə aqrar sahənin inkişafı, kənd əhalisinin rifahının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Sovet dövründə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilmişdi. Pambıqçılıq, üzümçülük, taxılçılıq və heyvandarlıq sahələrində yüksək göstəricilər əldə olunmuş, kənd təsərrüfatı məhsullarının istehsalı artmışdı. Həmin dövrdə kəndlərdə yeni suvarma sistemləri qurulmuş, texnika təminatı yaxşılaşdırılmış və kənd infrastrukturu inkişaf etdirilmişdi. Heydər Əliyev tərəfindən həyata keçirilən aqrar siyasət Azərbaycanın kənd təsərrüfatının inkişafında mühüm mərhələ olub. Torpaq islahatları, kənd təsərrüfatının modernləşdirilməsi və fermer təsərrüfatlarının yaradılması ölkənin aqrar sektorunun inkişafına güclü təkan verib.
“Heydər Əliyev məktəbi” adlı layihənin ikinci günün seminarları dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, On seminardan ibarət olacaq “Heydər Əliyev məktəbi” adlı layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət Mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil Mərkəzləri və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər iştirak edir. Beş gün ərzində davam edəcək “Heydər Əliyev məktəbi” adlı layihədə millət vəkilləri, universitet rektorları və idarə rəhbərləri iştirakçılarla görüşüb müxtəlif mövzularda seminarlar keçəcəklər.
Sonda iştirakçılara Sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

