Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş növbəti tədbir keçirilib

Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş növbəti tədbir keçirilib

13.06.2026 [18:15]

İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

BSU-nun rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması baxımından mühüm əhəmiyyətə malik tarixi hadisədir. O bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə mövcud olan siyasi böhran şəraitində idarəetmədə sabitliyin bərpasına və dövlət strukturlarının fəaliyyətinin gücləndirilməsinə təsir göstərib.

Rektor vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə dövlət quruculuğu istiqamətində bir sıra tədbirlər həyata keçirilib, iqtisadi islahatlar aparılıb, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib və ictimai-siyasi sabitliyin təmin olunmasına yönəlmiş addımlar atılıb. Bu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və şaxələndirildiyini qeyd edən Anar Nağıyev Azərbaycanın əldə etdiyi nailiyyətlərin və tarixi Zəfərin məhz həmin möhkəm təməl üzərində qurulduğunu bildirib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətindən bəhs edərək, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində həlledici rol oynadığını vurğulayıb.

BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev “Heydər Əliyevin Qurtuluş səlnaməsində təhsil siyasəti”, BSU-nun Yüksəl Təhsil Mərkəzinin aparıcı mütəxəssisi Məhəmməd Hacı isə “Dövlətimizin Qurtuluşundan milli qürurumuzun xilasına qədər keçilən yol və yeni dövrün Azərbaycanı” mövzularında çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30