Xocavənddə Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib
17.06.2026 [15:18]
Xocavənd Rayon İcra Hakimiyyətində 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Yaşar Əhmədov, səhiyyə müəssisələrinin əməkdaşları, həkimlər, orta tibb işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon icra hakimiyyətinin inzibati binasında davam edən tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda Şəhid olmuş qəhrəmanların, eləcə də Vətən müharibəsində həyatını itirmiş tibb işçilərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirakçıları Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, səhiyyə sistemi hər bir dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir və insanların sağlamlığının qorunmasında tibb işçilərinin əməyi əvəzsizdir. COVID-19 pandemiyası dövründə səhiyyə işçiləri yüksək risk və çətin şəraitə baxmayaraq, əhalinin sağlamlığının qorunması, xəstələrin müalicəsi və virusun yayılmasının qarşısının alınması istiqamətində misilsiz fədakarlıq və peşəkarlıq nümayiş etdiriblər. Eyni zamanda Vətən müharibəsi zamanı tibb işçiləri cəbhə bölgəsində və arxa cəbhədə yaralıların təxliyəsi, təcili tibbi yardımın təşkili və həyatların xilas edilməsi istiqamətində gecə-gündüz xidmət göstərərək böyük qəhrəmanlıq göstəriblər. Eyvaz Hüseynov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkənin bütün bölgələrində müasir tibb müəssisələri tikilib istifadəyə verilib, mövcud səhiyyə ocaqları əsaslı təmir olunub, ən son tibbi avadanlıqlarla təchiz edilib. Səhiyyə sahəsində aparılan islahatlar nəticəsində vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxışı daha da genişlənib. Çıxış zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə və humanitar sahədə həyata keçirdiyi layihələrin əhəmiyyətindən də bəhs olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov çıxışında qeyd edib ki, tibb işçiləri hər zaman cəmiyyətin ən hörmətli peşə sahibləri sırasında yer alırlar. İnsan həyatının və sağlamlığının qorunması kimi məsuliyyətli missiyanı yerinə yetirən səhiyyə işçilərinin fəaliyyəti yüksək qiymətə layiqdir. O, tibb işçilərinə göstərilən dövlət qayğısının onların daha böyük əzmlə çalışmasına stimul verdiyini bildirib.
Daha sonra Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Yaşar Əhmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə tibb işçilərinin ölkənin sosial inkişafındakı mühüm xidmətləri nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikasında Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Yaşar Əhmədov çıxışında səhiyyə sahəsində çalışan insanların məsuliyyətli və şərəfli peşə sahibi olduqlarını qeyd edib. Bildirib ki, həkimlər və tibb işçiləri insanların sağlamlığının keşiyində dayanaraq cəmiyyətin ən vacib vəzifələrindən birini yerinə yetirirlər. O, son illər ölkədə səhiyyə sahəsində həyata keçirilən islahatların tibb işçilərinin fəaliyyətinə müsbət təsir göstərdiyini, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Çıxışlarda səhiyyə sahəsində çalışanların xüsusilə çətin dövrlərdə nümayiş etdirdikləri peşəkarlıq, vətəndaşların sağlamlığının qorunması naminə göstərdikləri fədakarlıq yüksək qiymətləndirilib. Qeyd olunub ki, həkim peşəsi yalnız peşə deyil, həm də insanlara xidmət etmək, onların sağlamlığı və həyatı naminə məsuliyyət daşımaq missiyasıdır.
Tədbirin sonunda Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə xidmətdə fərqlənən, öz peşə fəaliyyətində yüksək nəticələr göstərən bir qrup səhiyyə işçilərinə YAP Xocavənd rayon təşkilatı, Xocavənd rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən Fəxri Fərmanlar təqdim olunub. Təltif olunanlar göstərilən etimada görə minnətdarlıqlarını bildirərək, bundan sonra da əhalinin sağlamlığının qorunması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlarını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxSosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17

