/ / Yasamal rayonunda 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə görüş keçirilib
Yasamal rayonunda 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə görüş keçirilib
24.06.2026 [15:04]
“Şəhərsalma və Memarlıq ili” çərçivəsin26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin bir qrup şəxsi heyəti ilə görüş keçirilib.
Görüşdən öncə tədbir iştirakçıları tərəfindən Yasamal Rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə 26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə videoçarx nümayiş olunub.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov görüşü giriş sözü ilə açıq elan edərək qeyd edib ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar bayramlardan biridir. Bu əlamətdar gün müstəqil Azərbaycanın güclü və peşəkar ordusunun formalaşmasının təntənəsidir. Ulu Öndərin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası Azərbaycan Ordusunun inkişafının əsasını təşkil etmişdir. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz şanlı Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsinə çevrildi. Bu gün Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirməyə qadirdir. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ordumuzun rolu böyükdür. Çıxışın sonunda görüşdə iştirak edən kollecin bir qrup şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik edilib.
Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov çıxış edərək qeyd etdi ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi, 30 illik işğala son qoydu. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində güclü ordu formalaşdı və döyüş meydanında Azərbaycan xalqının çoxəsrlik tarixində bənzəri olmayan parlaq qələbə əldə edildi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında parlaq qələbənin əldə edilməsində gənclərimizin danılmaz xidmətlərinin olduğu, minlərlə Azərbaycan gəncinin könüllü surətdə ordu sıralarına qoşulduğu və bir yumruq ətrafında birləşərək böyük zəfər sevincini xalqımıza yaşatdıqlarını qeyd etdi. Çıxışının sonunda Elşad Həsənov Bakı Hərbi Kollecin bir qrup şəxsi heyətinin simasında bütün hərbiçiləri təbrik edərək onlara Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Görüşdə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək qeyd edib ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar bayramlardan biridir. Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malikdir. Tarix boyu Azərbaycan dövlətlərinin güclü orduları ölkənin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli dövlət quruculuğunun əsas istiqamətlərindən biri nizami ordunun yaradılması olmuşdur. 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması barədə qərarın qəbul edilməsi milli ordumuzun yaranma günü kimi tarixə düşmüşdür. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrdə hərbi kadr hazırlığı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması milli zabit kadrlarının hazırlanmasında mühüm mərhələ olmuşdur. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Onun rəhbərliyi ilə ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli Liderin 1998-ci il 22 may tarixli Fərmanı ilə hər il 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunmağa başlanmışdır. Bildirilib ki, Prezident, Partiyamızın Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da gücləndirilmiş və müasir standartlara uyğun inkişaf etdirilmişdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər və ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycan Ordusunun gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirmişdir. Bu tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, qazilərimizin qəhrəmanlığı isə böyük hörmətlə qarşılanır. Bəxtiyar Nəbiyev çıxışın sonunda 26 İyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Bakı Hərbi Kollecin bir qrup şəxsi heyətinin simasında bütün hərbiçiləri təbrik edib.
Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin rəisi İntiqam Mirzəyev və digər natiqlər çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edərək onlara şərəfli xidmətlərində nailiyyətlər arzu etdilər.
Görüşdə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Bakı Hərbi Kollecinin bir qrup şəxsi heyətinə fəxri fərman təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

