Yasamal rayonunda “Müzəffər Azərbaycanın Silahlı Qüvvələri” mövzusunda tədbir keçirilib
25.06.2026 [16:47]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin birgə təşkilatçılığı ilə “Müzəffər Azərbaycanın Silahlı Qüvvələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin rəisi vəzifəsini icra edən Murad Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Milli Müdafiə Universiteti tərkibində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Nizami Mövlanov, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Yasamal rayon filialının sədri, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı, 44 günlük Vətən müharibəsi qazisi, “Qarabağ orden”li Şamxal Ağayev, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Mətbuat pr.40” (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, 44 Günlük Vətən müharibəsi qaziləri və iştirakçıları, YAP Yasamal rayonu ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri yad edilib.
Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə “26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, artıq 28 ildir ki, hər il iyun ayının 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Azərbaycan xalqı qədim və zəngin dövlətçilik ənənələrinə malikdir. Tarix boyu Azərbaycan dövlətlərinin güclü orduları ölkənin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli dövlət quruculuğunun əsas istiqamətlərindən biri nizami ordunun yaradılması olmuşdur. 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması barədə qərarın qəbul edilməsi milli ordumuzun yaranma günü kimi tarixə düşmüşdür. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövrdə hərbi kadr hazırlığı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması milli zabit kadrlarının hazırlanmasında mühüm mərhələ olmuşdur. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış anarxiyanı ləğv etmək üçün Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ordu quruculuğunda görülən mühüm işlər nəticəsində Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Orudusu öz tarixi missiyasını yerinə yetirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfərlər nəticəsində torpaqlarımızı düşmən tapdağından xilas edilərək tarixi ədaləti bərpa edildi. Qeyd olunub ki, şəhid ailələri və qazilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırılması daim Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Çıxışının sonunda Bəxtiyar Nəbiyev 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın hərbi şərəfini, qəhrəmanlıq ənənələrini və dövlətçilik tarixini özündə əks etdirən əlamətdar bayramlardan biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizdə müstəqil dövlət quruculuğu prosesinin ən mühüm istiqamətlərindən biri milli ordunun formalaşdırılması olmuşdur. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə Azərbaycanın öz Silahlı Qüvvələrini yaratmaq imkanı yenidən yarandı. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət və Ermənistanın hərbi təcavüzü ordu quruculuğu prosesini çətinləşdirirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə əsaslı dönüş baş verdi. Ulu Öndərin rəhbərliyi ilə nizami və peşəkar ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. Orduda vahid komandanlıq sistemi yaradıldı, hərbi intizam möhkəmləndirildi və döyüş qabiliyyəti artırıldı. Azərbaycan Silahlı Qüvvələri dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildi. 1998-ci il mayın 22-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu qərar milli ordu quruculuğuna verilən yüksək dəyərin ifadəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordumuz ən müasir silah və texnika ilə təchiz edildi, hərbi hazırlıq sistemi daha da təkmilləşdirildi. Azərbaycan hərbçiləri yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdilər. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin dövlət suverenliyi tam bərpa olundu. Bu möhtəşəm uğurlar şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin şücaəti və hərbçilərimizin fədakar xidməti sayəsində əldə edildi. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olaraq ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Çıxışının sonunda Elşad Həsənov 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirdə Milli Müdafiə Universiteti tərkibində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Nizami Mövlanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Yasamal rayon filialının sədri, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı, 44 günlük Vətən müharibəsi qazisi, “Qarabağ orden”li Şamxal Ağayev və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, “Mətbuat pr.40” (Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Qəzənfər Ağayev çıxışlarında qeyd ediblər ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizdə böyük qürur hissi ilə qeyd olunur. Bu əlamətdar gün milli ordu quruculuğu tariximizin mühüm mərhələsini özündə əks etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə milli ordunun əsası qoyulmuşdur. Müstəqil dövlətin mövcudluğu üçün güclü ordunun əhəmiyyəti danılmazdır. Azərbaycan Ordusu bu gün regionun ən qüdrətli ordularından biridir. Ordumuzun güclənməsi dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirmişdir və 1998-ci il mayın 22-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmana əsasən 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz daha da inkişaf etmişdir. Azərbaycan əsgəri hər zaman Vətənə sədaqəti ilə seçilmişdir. Ordumuz torpaqlarımızın azadlığı uğrunda şanlı qəhrəmanlıq salnaməsi yazmışdır. Qeyd olunub ki, bu gün ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı təşkil edir.
Çıxışlardan sonra fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13

