/ / YAP Kəlbəcər rayon təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Gəncə Memorial Kompleksini ziyarət edib
YAP Kəlbəcər rayon təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Gəncə Memorial Kompleksini ziyarət edib
25.06.2026 [12:29]
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlığ İli” çərçivəsində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub.
Ziyarətdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, şəhid ailələri, qazilər, idarə - müəssisə rəhbərləri, eləcə də partiya fəalları iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Sonra iştirakçılar Memorial Kompleksin önünə gül dəstələri düzüblər.
Ziyarət zamanı iştirakçılara Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinə etdiyi raket hücumlarının dinc əhali arasında törətdiyi ağır faciələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Gəncə Memorial Kompleksi həmin hücumlar nəticəsində həlak olmuş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunub.
Kompleksdə yerləşən muzeyin “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zalları ziyarət edilib, arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə bağlı məlumatlar təqdim olunub.
Qeyd edilib ki, muzeyin ayrıca bölməsi atəşkəs dövründə, Vətən müharibəsi günlərində və sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarını əks etdirir. Ziyarətçilər 44 günlük Vətən müharibəsi zamanı cəbhə bölgəsindən uzaqda yaşayan sakinlərin, o cümlədən uşaqların üzləşdiyi faciələr, verilən itkilər və dövlət–xalq–ordu birliyinin gücü haqqında məlumatlandırılıblar.
Ekspozisiyanın son hissəsində uzun illər davam edən haqsızlıqlara baxmayaraq mübarizə əzmini qoruyan Azərbaycan xalqının qələbə ruhu və milli həmrəyliyi nümayiş etdirilir.
Çıxışlarda vurğulanıb ki, Gəncə Memorial Kompleksi xalqımızın yaddaşında silinməz iz qoyan hadisələrin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyan tarixi məkanlardan biridir. Bildirilib ki, bu şanlı Zəfər salnaməsi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yazılıb.
Ziyarət tədbir iştirakçılarında dərin təəssürat yaradıb və vətənpərvərlik ruhunun gələcək nəsillərə ətraflı aşılanması üçün zəmin yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03

