Yeni Azərbaycan Zəfər zirvəsindədir!
10.09.2026 [12:20]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ötən dövr Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, xüsusilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası kimi tarixi hadisələrlə zəngin olub: “Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində dövlətimizin qüdrəti daha da artıb. YAP bu uğurlu siyasətin avanqard qüvvəsi kimi fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirir. Partiyanın Xaçmaz rayon təşkilatı da fəaliyyətini YAP-ın Proqram və Nizamnaməsinin tələblərinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun qurub”.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, Ümummilli Liderin müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunub, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bütün bunlar milli dövlətçilik tariximizin şanlı səhifələri olmaqla qürurvericidir. Yeni Azərbaycan bu gün Zəfər zirvəsindədir”.
Milli Məclisin deputatı Mahir Süleymanlı çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərin xüsusi rolundan bəhs edib. O, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının, onların təşəbbüskarlığının və partiya sıralarında təmsilçiliyinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, gənc nəslin bilik və bacarıqlarının artırılması, onların idarəetmə proseslərinə cəlb olunması və fəal vətəndaş mövqeyinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Orxan Bayramov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı ərazi partiya təşkilatları ilə əlaqələrin genişləndirilməsi və səmərəli fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü iş aparır.
Daha sonra Xaçmaz şəhər 2 nömrəli tam orta məktəbin ərazi partiya təşkilatının sədr müavini Sevinc Sədullayeva, Xaçmaz Rayon Gənclər və idman sektorunun ərazi partiya təşkilatının sədri Elman Məmmədov çıxış ediblər.
Konfransda YAP Xaçmaz rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
06 Oktyabr 00:14
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09

