Azərbaycanın mənəvi irsi Türk və İslam dünyasının həmrəyliyini gücləndirir
21.09.2026 [16:08]
Bakının iki mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi sadəcə təqvim uyğunluğu kimi dəyərləndirilə bilməz. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısı ilə Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın paytaxtda keçirilməsi Azərbaycanın mənəvi irsə, tarixi yaddaşa və müxtəlif sivilizasiyalar arasında dialoqa verdiyi əhəmiyyəti nümayiş etdirir. Prezident İlham Əliyevin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər də bu yanaşmanın əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu. Azərbaycanın zəngin tarixində elə böyük şəxsiyyətlər formalaşıb ki, onların yaratdığı irs yalnız xalqımızın milli-mədəni sərvəti ilə məhdudlaşmır, bütövlükdə Şərq və İslam mədəniyyətinin inkişafında mühüm yer tutur. Nizami Gəncəvi, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Füzuli kimi böyük şəxsiyyətlərin yaradıcılığı əsrlər keçməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini qoruyur. Prezident İlham Əliyevin Seyid Yəhya Bakuvinin irsinə xüsusi diqqət yetirməsi Azərbaycanın mənəvi xəzinəsinin müxtəlif xalqları və nəsilləri birləşdirən ümumbəşəri dəyərlərlə zənginliyini bir daha göstərir.
Azərbaycanın Türk dünyası ilə Qafqaz arasında tarixi və coğrafi əlaqələndirici mövqeyinin önə çəkilməsi də xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz bu iki geniş coğrafiyanın qovuşduğu məkanda yerləşməklə yanaşı, hər iki istiqamətdə çoxşaxəli münasibətlər formalaşdırıb. Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcudluğu, Atabəylər dövlətinin Naxçıvanla bağlı tarixi və müasir dövrdə Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəal iştirakı ölkənin regional əlaqələrdə oynadığı rolun tarixi və siyasi əsaslarını göstərir. Prezident İlham Əliyevin çıxışında sülh, əməkdaşlıq və həmrəylik anlayışlarının xüsusi yer tutması isə Azərbaycanın İslam dünyası ilə münasibətlərində ardıcıl xəttin mövcudluğunu nümayiş etdirir. Azərbaycan 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə idmanın yalnız yarış meydanı olmadığını, eyni zamanda xalqlar və ölkələr arasında yaxınlaşmaya xidmət edən mühüm vasitə olduğunu ortaya qoydu. İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə Görüşünün gələn il Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə qazandığı etimadın göstəricilərindən biridir. Ölkəmizin müxtəlif beynəlxalq platformalarda dialoqu və əməkdaşlığı təşviq edən mövqe nümayiş etdirməsi bu etimadın formalaşmasına təsir edən əsas amillərdəndir.
Görüş zamanı dini liderlərin sülhün təşviqində üzərinə düşən məsuliyyətə diqqət yetirilməsi də mühüm məna daşıyır. Din xadimlərinin barışıq, qarşılıqlı hörmət və əmin-amanlıq çağırışları geniş auditoriyalara təsir etmək imkanına malikdir. İslam dünyasında həmrəyliyin yalnız bəyanatlarla deyil, konkret təşəbbüslər və praktiki addımlarla gücləndirilməsi Prezident İlham Əliyevin bu istiqamətdəki yanaşmasının mühüm xüsusiyyətlərindən biridir. Bu baxımdan nümayəndə heyətinin Qarabağa səfərinin nəzərdə tutulması görüşün mənəvi və tarixi əhəmiyyətini daha da artırır.
Ağdam, Xankəndi, Xocalı və Şuşada həm işğal illərinin yaratdığı ağır nəticələri, həm də bu gün həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesini bir arada görmək mümkün olacaq. Dağıdılmış yaşayış məntəqələri, məscidlər və tarixi-mədəni irs nümunələri keçmişin ağrılı səhifələrini əks etdirirsə, yeni salınan şəhərlər, yaradılan infrastruktur və öz yurdlarına qayıdan insanlar Azərbaycanın formalaşdırdığı yeni reallığı göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlandırılması, “Böyük Qayıdış” proqramının mərhələli şəkildə həyata keçirilməsi Azərbaycanın bu ərazilərdə normal yaşayış mühitinin bərpasına yönəlmiş siyasətinin konkret nəticələrini ortaya qoyur.
Beləliklə, Bakıda keçirilən iki mühüm tədbir Azərbaycanın öz tarixi və mənəvi irsinə sahib çıxan, Türk dünyası ilə İslam aləmi arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən, eyni zamanda Qafqazda sülh və əməkdaşlıq mühitinin inkişafını dəstəkləyən dövlət kimi mövqeyini daha aydın şəkildə nümayiş etdirir.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 14:25
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
Gündəm
22 Sentyabr 12:10
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48

