Binəqədidə “Dövlət qulluqçuları üçün etik davranış qaydaları” haqqında təlim keçirilib
21.06.2014 [11:08]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Binəqədi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə rayonun gənc dövlət qulluqçularına və bir qrup fəal gəncə “Dövlət qulluqçuları üçün etik davranış qaydaları” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçıları olan dövlət qulluqçularını qarşıdan gələn 23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik edib. R.Göyüşov ölkəmizdə dövlət qulluqçularının etik davranış qaydalarını tənzimləyən qanunun 31 may 2007-ci ildə, “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının qanunu”nun 21 iyul 2000-ci ildə qəbul edildiyini bildirib. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunda mühüm məsələlərin əks olunduğunu qeyd edən R.Göyüşov bu prinsiplərin dövlət qulluğunda çalışan hər kəs üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov mövcud qanunvericilik aktlarından danışaraq dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyası, Dövlət qulluğu haqqında qanun və digər normativ hüquqi aktlarla tənzimləndiyini qeyd edib. O idarəçilik, dövlət qulluğunda kateqoriyalar, etik davranış prinsipləri, mövcud standartlar haqda tədbir iştirakçılarına məlumat verib. Effektiv idarəçilik prinsiplərindən danışan Vüqar Əsgərov Binəqədi rayon İcra Hakimiyyətinin tətbiq etdiyi elektron xidmətlərin vətəndaşların etimadının artırılması istiqamətində böyük bir addım olduğunu vurğulayıb.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Raciv Qurbanov etik davranış prinsipləri haqda danışaraq praktiki misallar əsasında dövlət qulluqçularının nümunəvi davranışı haqda tədbir iştirakçılarına geniş məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09

