/ / YAP Gənclər Birliyinin “Gənc Liderlər” Gənc Siyasətçilər üçün “Yay məktəbi”nin birinci turu Lerikdə başa çatıb
YAP Gənclər Birliyinin “Gənc Liderlər” Gənc Siyasətçilər üçün “Yay məktəbi”nin birinci turu Lerikdə başa çatıb
12.07.2014 [11:21]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc Liderlər” Gənc Siyasətçilər üçün “Yay məktəbi” layihəsinin birinci turu başa çatıb.
Lerikdə birinci turun bağlanış mərasimindən öncə gənclərin regiona səfəri olub. Səfər çərçivəsində onlar bölgənin maraqlı yerləri ilə tanış olublar.
Sonra bu il hərbi çağırışda olan 8 gəncin təbrik mərasimi keçirilib. Qrup rəhbəri “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə onlara torpaqlarımızın müdafiəsi yolunda uğurlar arzulayıb. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin orduya diqqət və qayğısı gənclərdə vətənpərvərlik hissinin daha da artmasına stimul verir. Ulu öndər Heydər Əliyevin “Hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü edir, çətinlikləri aradan qadırmaq keyfiyyəti aşılayır” fikirlərini önə çəkən V.Rəhimzadə bildirib ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü ordusu var. Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır.
Təntənəli mərasimdə üzərində Yeni Azərbaycan Partiyasının loqosu əksini tapan tort kəsilib.
Bağlanış mərasimində YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərə yaradılan bu kimi şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinə, Lerik rayon İcra Hakimiyyətinə, “Relax” istirahət mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Azərbaycanın gələcəyi olan gənclərin malik olduqları potensialın ortaya çıxarılmasında bu kimi layihələrin böyük əhəmiyyəti var. Gənclər bu layihələr çərçivəsində bir daha biliklərini sınayır, təcrübə mübadiləsi fonunda bilik xəzinələrini zənginləşdirir, əlaqələr qurmaq və möhkəmləndirmək imkanı əldə edirlər.
V.Rəhimzadə onu da bildirib ki, bu gün Azərbaycan gənci ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, Onun həyata keçirdiyi siyasəti dəstəkləyir, gələcəyə böyük inamla addımlayır. 2013-cü il prezident seçkiləri bunun bir daha bariz nümunəsi kimi qeyd olunub. Partiyanın sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini təşkil edən gənclər seçki kampaniyasında fəal iştirakları ilə cənab İlham Əliyevə dəstək olduqlarını təsdiqləyiblər.
Bağlanış mərasimində bir qrup fəal gəncə Fəxri fərmanlar təqdim olunub. Gənclər onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə, YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildiriblər. Bu fikir xüsusi vurğulanıb ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Günbəgün qüdrətlənən, zənginləşən Azərbaycanın uğurlarına töhfə vermək hər bir Azərbaycan gəncinin ən böyük arzusudur.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10

