YAP Nizami rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
24.07.2014 [10:01]
Sədaqət Vəliyeva: Fəaliyyət göstərdiyi 22 il ərzində YAP ümumxalq partiyasına çevrilib
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib. “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin əməkdaşlarını, həmçinin, Qayğı Uşaq Reabilitasiya və Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzlərini əhatə edən “Qayğı” ərazi ilk partiya təşkilatının təsis yığıncağında çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva partiyanın tarixindən danışıb.
Deputat deyib ki, fəaliyyət göstərdiyi 22 il ərzində YAP ümumxalq partiyasına çevrilib: “1990-cı ilin əvvəllərində Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Ölkənin gələcəyini düşünən ziyalıların müraciətini qəbul edən Ümummilli lider Heydər Əliyev Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasını yaratdı. Bu gün partiyanın sıralarında 600 mindən çox üzv var və onların arasında gənclər xüsusilə fərqlənirlər”.
Sədaqət Vəliyeva Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışan YAP Nizami rayon təşkilatının sədri bildirib ki, Ulu öndər Azərbaycan xalqını vahid ideya ətrafında birləşdirib, ölkəni parçalanmaqdan qurtarıb: “Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində tamamilə yeni bir Azərbaycan yaranıb. Ümummilli liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, seçkilərdə xalqımız yüksək etimad göstərərək İlham Əliyevi yenidən Prezident seçib”.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Nizami rayon təşkilatının Gənclər Birliyinin idarə heyətinin üzvü və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin təsisçisi Sevinc Abdullayeva yeni təsis edilmiş “Qayğı” ərazi ilk partiya təşkilatının sədri seçilib, həmçinin, müavin və idarə heyəti müəyyənləşdirilib.
Sonda partiyaya yeni üzv qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edilib və partiyaya qəbul üçün yeni müraciətlər olub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49

