/ / Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
23.09.2014 [09:37]
Əli Əhmədov: Azərbaycanın nailiyyəti, Azərbaycanı dünyada bu qədər hörməti olan dövlətə çevirən, sadəcə olaraq, iqtisadiyyatının üç dəfə artırılması deyil, eyni zamanda, düşünülmüş, müdrik regional və xarici siyasət yürütməsidir
Sentyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov əvvəlcə sentyabrın 20-də Azərbaycanın həyatında önəmli bir rol oynamış, “Əsrin müqaviləsi” adını almış, Ümummilli lider Heydər Əliyevin müdrikliyi sayəsində reallığa çevrilmiş neft müqaviləsinin iyirminci ildönümünün tamam olduğunu, bununla əlaqədar olaraq Azərbaycanda böyük tədbirlərin keçirildiyini və bu tədbirlərdə bir sıra ölkələrin dövlət və hökumət nümayəndələrinin iştirak etdiklərini xatırladıb. Əli Əhmədov, həmçinin, qeyd edib ki, Azərbaycanda yeni qaz layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsi ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da inkişafı baxımından çox əhəmiyyətli bir hadisədir: “Bütövlükdə, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası Azərbaycanın bütün dünyada əhəmiyyətini ciddi şəkildə yüksəldibdir. Bu gün Azərbaycan ərazi və əhali parametrlərinə görə kiçik ölkə olsa da, əhəmiyyəti, regional siyasətdə rol oynaması, eləcə də, Avropa məkanında siyasi proseslərə təsir etmək baxımından xeyli dərəcədə rolu yüksəlmiş bir dövlətə çevrilib. Bütün bunların nəticəsi olaraq Azərbaycanda çox tez-tez beynəlxalq əhəmiyyət kəsb edən tədbirlər keçirilir. Ölkəmiz bu mənada da Avropa məkanında cəlbedici dövlətə çevrilib”.
Eyni zamanda, Baş nazirin müavini Əli Əhmədov xatırladıb ki, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç və dörddəbir final mərhələsinin bir oyununun Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Onun sözlərinə görə, bütün bunlar hamısı ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasətinin uğurlarıdır, bəhrələridir. Bu nailiyyətlər, sadəcə, Azərbaycan iqtisadiyyatının sürətlə böyüməsində, insanların rifahının yaxşılaşmasında, Bakının və digər bölgələrimizin simasının dəyişməsində deyil, eyni zamanda, Azərbaycanın regional və beynəlxalq siyasətdə rolunun və əhəmiyyətinin artmasında özünü göstərir. YAP Sədrinin müavini Əli Əhmədov deyib ki, bu gün Azərbaycan artıq, sözün həqiqi mənasında, dünyada böyük hörməti, böyük çəkisi olan dövlətə çevrilibdir. Bu, sadəcə olaraq, Azərbaycanın böyük enerji ehtiyatlarına malik olması ilə əlaqədar deyil, eyni zamanda, bu ehtiyatlardan ağılla, müdrikcəsinə səmərəli şəkildə həm öz dövləti üçün, həm dünyada enerji təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən istifadə edilməsi ilə əlaqədardır: “Azərbaycandan da çox enerji, neft və qaz ehtiyyatları olan ölkələr var. Ancaq bu ölkələrlə Azərbaycanın həyata keçirdiyi siyasətin müqayisəsi o fikri söyləməyə əsas verir ki, sərvətlərə malik olmaq hələ bu sərvətlərdən ağılla istifadə etmək üçün yetərli deyil. Sərvətlər o zaman sözün həqiqi mənasında milli sərvətə çevrilir ki, ondan müdrikcəsinə istifadə edilir, həm öz ölkəsinin vətəndaşlarının rifahının yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi mənafelərinə o resurlar xidmət göstərmiş olur, eyni zamanda, o ölkənin beynəlxalq əhəmiyyətinin, rolunun və çəkisinin yüksəlməsinə öz töhfəsini vermiş olur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətin mahiyyəti də məhz bundan ibarətdir. Bunun sayəsində Azərbaycan sürətlə inkişaf edir”.
Daha sonra Əli Əhmədov qeyd edib ki, son 10 il ərzində Azərbaycan dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir: “İnkişaf rəqəmlərini müqayisə etsək, ikinci bir ölkə yoxdur ki, 10 il ərzində iqtisadiyyatını üç dəfə artıra bilsin. Amma Azərbaycanın nailiyyəti, Azərbaycanı dünyada bu qədər hörməti olan dövlətə çevirən, sadəcə olaraq, iqtisadiyyatının üç dəfə artırılması deyil, eyni zamanda, düşünülmüş, müdrik regional və xarici siyasət yürütməsidir. Ölkəmizdəki sabitlik, əmin-amanlıq, Ermənistanı çıxmaq şərtilə, qonşularla normal münasibətlərin saxlanılması, balanslaşdırılmış xarici siyasət xəttinin uğurla həyata keçirilməsi - bütün bunların hamısı Azərbaycanın nailiyyətlərinin ayrı-ayrı fraqmentləridir. “Əsrin müqaviləsi”nin iyirminci ildönümü münasibətilə keçirilən tədbirlər ərəfəsində yenidən bu uğurlara nəzər salmaqla biz ötən 20 ildə ölkəmizin keçdiyi inkişaf yolunu, əldə etdiyi yüksəlişi daha aydın dərk etmiş oluruq. Sevindirici haldır ki, bu gün YAP-ın Sədri, Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xətti uğurla həyata keçirir, dəyişən dünyanın tələblərinə uyğun olaraq, bu strategiyanı daha da təkmilləşdirir və Azərbaycan bu strategiyadan faydalar götürməkdədir”.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov daha sonra toplantıda qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işlərinin müzakirə olunacağını qeyd edib. O bildirib ki, bu cür müzakirələrin bütövlükdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi və seçki kampaniyasının yüksək səviyyədə təşkil edilməsi baxımından böyük əhəmiyyəti var.
Müşavirədə YAP Sədrinin müavini Əli Əhmədov seçkilərə hazırlıq məsələləri ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Toplantı müzakirələr şəklində davam edib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

