YAP qəlbi Vətənə sevgi ilə dolu olan hər kəsin partiyasıdır
20.11.2014 [10:04]
Binəqədi rayonunda YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə tədbir keçirilib
Dünən Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə partiyanın yaranmasının 22-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov YAP-ın 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. Çıxışında partiyanın yaranması tarixindən danışan natiq, eyni zamanda, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun, 1994-cü ildən aparılan uğurlu neft strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda Azərbaycanın qüdrətli dövlətə çevrildiyini və Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinin məhz ölkəmizin payına düşdüyünü qeyd edib.
R.Göyüşov hazırda YAP-ın sıralarında 630 mindən çox üzvün birləşdiyini, partiyanın Binəqədi rayon təşkilatının 14 mindən çox üzvünün olduğunu deyib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının Ümummilli liderə müraciət etdiyini və bundan sonra 1991-ci il noyabrın 21-də Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirib. Eldar İbrahimov 1990-cı ilin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbr kasasının daşmasına səbəb olduğunu, xalqımızın Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu bildirib.
Millət vəkili, həmçinin, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət nəticəsində bu gün respublikanın sürətlə inkişaf etdiyini, Bakının bir hissəsi olan Binəqədi rayonunda böyük quruculuq, abadlıq işlərinin aparıldığını və rayonun davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.
Çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva YAP-ın ümummilli partiya olduğunu, Azərbaycanın həyatında mühüm rol oynadığını qeyd edib. Aygün Əliyeva YAP-ın təkcə partiya üzvlərinin deyil, həm də qəlbi hər zaman Vətənə sədaqət, sevgi ilə dolu olan hər kəsin partiyası olduğunu bildirib. Natiq Ulu öndər Heydər Əliyevin partiyanı yaradan zaman Azərbaycançılıq, dövlətçilik və yaradıcı təkamül kimi prinsipləri əsas götürdüyünü, bu prinsiplərin daim yaşadığını, hazırda partiyaya gənclərin böyük axın etdiyini və bu halın partiyanın inkişafından xəbər verdiyini bildirib.
Sonra çıxış edən Binəqədi rayonu 126 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Xeyransa Alıyeva YAP-ın gənclərin həyatındakı, onların inkişafındakı rolundan danışıb. O, gənclərə göstərilən diqqət və qayğını qeyd edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla reallaşdırıldığını vurğulayıb.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov YAP-ın yaranmasının 22 illiyi münasibətilə qonaqları təbrik edib və partiyanın Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. Rayon İcra Hakimiyyətinin başçısı Ümummilli liderin Öz xalqını, dövlətini fədakarcasına sevdiyini, xalqının yolunda bütün çətinliklərdən keçdiyini, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə əsl Vətən, dövlət sevgisi göstərdiyini qeyd edib. Xaləddin İsgəndərov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini qeyd edib, hər kəsin dövlət başçısının ətrafında birləşməsinin vacibliyini, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün çalışdığını və bu fəaliyyətin hər kəsə nümunə olduğunu bildirib.
Sonra YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim edilib.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

