Gədəbəy seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər
05.12.2014 [10:00]
Rayonun Qoşabulaq və Slavyanka kəndlərində seçicilərlə görüş keçirilib
Qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) həyata keçirdiyi təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş Gədəbəy rayonunun Qoşabulaq və Slavyanka kəndlərində keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Azərbaycanda bələdiyyə sisteminin formalaşması tarixindən söz açıb. R.Nağıyev vurğulayıb ki, 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan hüquqi təsisat - yerli özünüidarə orqanları, qeyri-dövlət təşkilatı olan bələdiyyələr institutu təsis edilib. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində öz namizədləri ilə iştirak edir. Natiq hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən Gədəbəy seçicilərinin bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əminliyini ifadə edib.
Çıxış edən millət vəkilləri Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova Yeni Azərbaycan Partiyasının bələdiyyə sisteminin inkişafındakı rolundan danışıblar. Vurğulanıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və ölkəmizin inkişafını özündə ehtiva edən siyasi kurs hər zaman vətəndaşların rifahını, yaşayış səviyyəsinin yüksəlməsini və rahatlığını təmin edib.
Çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov Yeni Azərbaycan Partiyasının hər zaman xalq tərəfindən dəstəkləndiyini deyib. Onun sözlərinə görə, partiyamız bu inamı öz fəaliyyəti ilə qazanıb.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın partiyası olduğunu sübut edib. B.Quliyev əmin olduğunu bildirib ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq və formalaşan Azərbaycan bələdiyyələri var gücü ilə xalqına xidmət göstərəcək.
Daha sonra tədbirdə iştirak edən seçiciləri maraqlandıran suallar cavablandırılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39

