/ / Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclik formalaşıb
Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclik formalaşıb
05.03.2015 [10:01]
YAP Qax rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Bu gün Azərbaycan gəncliyi müxtəlif sahələrdə, o cümlədən idarəetmədə aktivlik nümayiş etdirir. Dövlətin gənclərə yüksək diqqət və qayğısı xüsusi stimul mənbəyi qismində çıxış edir. Öz növbəsində, YAP gəncliyin inkişafına xüsusi diqqət göstərir”.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev vurğulayıb ki, bu gün rayon təşkilatının tərkibindəki 4081 nəfər partiya üzvündən 1791 nəfəri gənclərdir: “YAP sıralarına yeni daxil olanların sırasında gənclər üstünlük təşkil edirlər. YAP sıralarında birləşmiş gənclər rayonun ictimai-siyasi həyatında fəallıq nümayiş etdirir, müxtəlif layihələr həyata keçirirlər”.
Daha sonra çıxış edənlər - Günel Məmmədova, Elvin Həsilov, Elnurə Qasayeva dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının təqdirəlayiq hal olduğunu bildiriblər.
Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Kamilə Əliyeva və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqətə çatdırıblar ki, Azərbaycanın milli inkişafına təkan verən strateji faktorlardan biri də uğurlu gənclər siyasətidir. Bildirilib ki, dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini və yüksək səviyyədə icrasını nəzərə aldıqda, Azərbaycanda gəncliyə və gənclərə, həqiqətən də, böyük önəm verildiyi bir daha aydın olur. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Vurğulanıb ki, YAP, o cümlədən, partiyanın Gənclər Birliyi gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir.
Sonda təşkilati məsələlərə baxılıb. YAP Qax rayon təşkilatının Gənclər Birliyinin 29 nəfərdən ibarət Şurası, 9 nəfərdən ibarət İdarə Heyəti müəyyənləşib. Elbrus Tağıyev yenidən YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eyni zamanda, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.
Konfransda partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

