Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayırlar
07.03.2015 [11:25]
YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Azərbaycanda nümunəvi gənclər siyasətinin həyata keçirildiyini qeyd edib. Yeni Azərbaycan Partiyasının gənclərə xüsusi diqqət və qayğı göstərdiyini deyən A.Balayev YAP Gənclər Birliyinin yaranma tarixindən və onun gördüyü işlərdən, qazandığı nailiyyətlərdən danışıb.
Daha sonra YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Səbuhi Alqayev hesabat məruzəsi ilə çıxış edib. III konfransdan ötən müddət ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər barəsində ətraflı məlumat verən S.Alqayev Azərbaycan gəncliyinin dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Sonra məruzə ətrafında çıxış edən partiya fəallarından Sərxan Hacıyev, Fariz Nəcəfov, Elvin Qarayev, Elvin Səmədov ölkədə həyata keçirilən gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafından söz açıblar. Bildirilib ki, gənclər bu gün dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında, ümumiyyətlə, müxtəlif sahələrdə uğurla təmsil olunur və milli inkişafa öz töhfələrini verirlər.
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abasov diqqətə çatdırıblar ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası gənclərin fəallığına, onların potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Azərbaycan gəncliyinin inkişafının dövlətin diqqət mərkəzində olduğunu deyən natiqlər əlavə ediblər ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması müstəsna əhəmiyyət kəsb edir.
Tədbirin sonunda YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin 33 nəfərdən ibarət Şura üzvləri, 7 nəfərdən ibarət İdarə Heyəti seçilib. Eyni zamanda, YAP Gənclər Birliyinin konfransına nümayəndələr seçilib.
YAP Balakən rayon təşkilatının təsis olunmasının 22-ci ildönümü və 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qrup fəal partiya üzvünə hədiyyələr təqdim edilib.
Partiya sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri verilib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

