YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
17.03.2015 [10:05]
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Onun xatirəsini böyük ehtiramla yad ediblər.
Daha sonra konfransı giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində gənclər ölkəmizdə dövlət quruculuğunun fəal iştirakçılarına çevriliblər: “Yeni Azərbaycan Partiyası dövlətimizin gənclərin inkişafı istiqamətində həyata keçirdiyi bütün layihələri dəstəkləyir və onun uğurları üçün çalışır. Bütün Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafına öz töhfələrini verir”.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri Rüstəm Vəliyev bildirib ki, YAP İmişli rayon təşkilatının 8123 üzvünün 2565 nəfərini gənclər təşkil edir. Partiya rayon təşkilatının üzvü olan gənclərin 729 nəfəri təhsil, səhiyyə, mədəniyyət və idarəetmə sahəsində çalışır: “870 nəfər gəncimiz ali təhsillidir. Sevindirici haldır ki, partiya rayon təşkilatının Gənclər Birliyinin 79 nəfər nümayəndəsi bələdiyyə üzvü kimi fəaliyyət göstərir. Gənclərin partiyamıza qoşulma meyili rayonumuzda kifayət qədər yüksəkdir”.
Hesabat məruzəsi ətrafında çıxış edən YAP İmişli rayon təşkilatı idarə heyətinin üzvü, rayon Gənclər və İdman idarəsinin rəisi Ceyhun Əbdülov, gənc partiya fəalı Aynur Məmmədova və başqaları III konfransdan ötən müddət ərzində görülmüş işləri qənaətbəxş hesab ediblər və partiya rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra təşkilati məsələlərə baxılıb, YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib. Ziya Paşayev YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin sədri, həmçinin, sədrin müavinləri seçiliblər.
Tədbirdə iştirak edən YAP Siyasi Şurasının üzvü, Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Bildirilib ki, bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal şərait əsasında ərsəyə gəlib.
Çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı, YAP İmişli rayon təşkilatı idarə heyətinin üzvü Vilyam Hacıyev bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Vilyam Hacıyev deyib ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16

